Əsas səhifə / Manşet / Dırnaq yemək vərdişinin Səbəbləri və həlli
Bizi mobildən daha sürətli  izləyin

Dırnaq yemək vərdişinin Səbəbləri və həlli

Dırnaq yemə vərdişinin Səbəbləri Və Həlli

Ümumiyyətlə uşaqlarda 3-4 yaşlarından etibarən görülə bilən dırnaq yemə davranışı, yetkin insanlarda da rast gəlinir. Amma uşaq yaşlarda bu problemin qaynaqlandığı problemi həll edərək uşağınıza bu pis vərdişi tərgidə bilərsiniz.

Qadınklubu.com bu başlıca səbəbləri:

-Valideynlərin həddindən artıq idarəçi, təzyiqçi olması,

-Uşağın davamlı olaraq azarlanması,

-Bacı və qardaş qısqanclığı,

-Ana-atanın uşaqları arasında ayrı-seçkilik etməsi,

-Uşağın diqqət və sevgidən məhrum qalması,

-Uşağın özünü güvəndə hiss etməməsi və özünə inam problemi yaşaması,

-Ailə içi qarşıdurmalar və ana-ata mübahisələri,

-Ailənizdə dırnaqlarını yeyən bir yetkinin varlığı,

-Uşağın narahatlıq verici bir mühitdə yaşaması.

Nə etməli?

-İlk mərhələdə bu davranış görməməzlikdən gəlinərək çox təzyiq göstərilməməlidir,

-Uşaqda gərginliyə səbəb olan problem aradan qaldırılmalıdır,

-Uşağın bacaracağında artıq tələb gözlənilməməli,

-Uşaq cəza ilə qorxudularaq azarlanmamalı,

-Qorcu və narahatlıq verici mühitlərdən uzaq tutulmalı,

-Uşaqlara həyəcan verici, qorxu və şiddət məzmunlu filmlər izlətməməli,

-Dırnaqlarını yediyi zaman diqqətini başqa bir sahəyə çəkməli,

-Ağzını məşğul edəcək saqqız, çərəz kimi yeməklər verilməli,

-Dırnaqlara qulluq öyrədilməli, dırnaqlar uzanmamış kəsməli,

-Diqqət və sevgi artırılmalı,

-Duyğularını ifadə etmə qabiliyyəti inkişaf etdirilməli,

-Uyğun bir zamanda mövzu haqqında uşaqla danışılmalı,

-Əgər heç bir cəhd faydalı olmazsa, bir mütəxəssiə müraciət etmək lazımdır.

Unutmayın!

Dırnaqlarını yeyən uşaq, özünü psixoloji olaraq təzyiq altında hiss edir..

 

Buna da baxın

Sadəcə üzünüzə çəkin və…

Whatsapp ilə Paylaş Aloea-vera bitikisi olduqca faydalı müalicəvi bir bitkidir. Nəinki kosmetik vasitələrdə, eyni zamanda …