Əsas səhifə / Əsas menu / Sağlamlıq / Kişi sağlamlığı / Dırnaqların sınmaması üçün bunları edin – Tövsiyə
Bizi mobildən daha sürətli  izləyin

Dırnaqların sınmaması üçün bunları edin – Tövsiyə

Dırnaqların sağlamlığı bədən sağlamlığının aynasıdır. Əgər zəif, kövrək və ya solğun dırnaqlara sahibsinizsə, bədəninizdə bəzi problemlər mövcud ola bilər. Zəif dırnaqlar asanlıqla qopur və qırılır. Əgər manikür etdirməyi və ya dırnaqlarınızı boyamağı sevirsinizsə, bu problemlər sizin əhvalanızı korlaya bilər. Lakin narahat olmayın, dırnaqlarınızı zəiflədən səbəbləri aradan qaldıra və onların yenidən sağlam olmalarını təmin edə bilərsiniz.

Qadinklubu.com bununla bağlı mütəxəssis fikirlərini təqdim edir.

İlk növbədə onu bildirək ki, dırnaqları gücləndirmək üçün ən əhəmiyyətli iki maddə biotin və zülallardır. Ona görə də bu maddələri kifayət qədər qəbul etmək lazımdır. Yaş artdıqca dırnaqlar zəifləməyə başlayır. Ancaq zəifləmənin yeganə səbəbi təkcə yaş deyil. Suya çox məruz qalmaq da dırnaqları gücsüzləşdirir. Duş qəbul etdikdə, üzdükdə və ya qab yuduğunuz zaman dırnaqlar suyla çox təmas edir. Bu zaman dırnaqdakı hüceyrələr genişlənir və yumşalır. Nəticədə vaxt keçdikcə dırnaqlar zəifləməyə başlayır. Soyuq havanın da bənzər təsiri var. Ona görə də qış aylarında qalın və isti əlcəklər geymək dırnaqları gücləndirməyin asan yollarından biridir.

Genetika dırnaq sağlamlığında çox əhəmiyyətli faktordur. Valideynlərinizin birinin gücsüz, kövrək dırnaqları varsa, sizdə də olma ehtimalı artır. Bunu dəyişdirmək asan olmasa da, sizdən də çox şey asılıdır. Dırnaqlarınızın sağlamlığının qayğısına qalmaq sizin də sağlamlığınıza faydalı olacaq.

Tiroid xəstəliyi və ya anemiya kimi sağlamlıq problemləri də dırnaqların korlanmasına gətirib çıxarır. Dırnaqlarınızın həddən artıq kövrək olması bu xəstəliklərdən birinin başlanğıcı ola bilər. Ona görə də həkimə müraciət etməyə biganə yanaşmayın.

Zülalın tərkibində olan keratin dırnaqların ana maddəsidir. Kifayət qədər zülal, yəni keratin qəbul etmək dırnaqları gücləndirmək üçün şərtdir. Bu səbəblə də bol miqdarda dəniz məhsulları, toyuq, yemiş, yumurta və tam taxıllı qidalar yemək tövsiyə edilir. B7 vitamini kimi də tanınan biyotin güclü dırnaqlar və saçlar üçün lazım olan maddədir.

Somon balığı, çərəzlər, mərcimək, banan, paxlalılar və gül kələm bol miqdarda biyotin ehtiva edən qidalardandır. Lakin nəzərə alın ki, dırnaqların özlərini yenidən canlandırmaları təxminən 6 ay davam edir. Ona görə də nəticələri görmək üçün 6 ay gözləmək lazımdır.

Sağlam dırnaqlar üçün bədənin sinkə ehtiyacı var. Bu mineral bədənin dırnaq quruluşuna qatılan zülalları meydana gətirmə bacarığını nizamlayır. Yağsız qırmızı ət, yaşıl lobya, paxla kimi qidalar bol miqdarda sink ehtiva edir.

Nizamlı olaraq manikür etdirmək də dırnaqlara zərər verir. Xüsusilə aseton dırnağın təbii yağlarını götürür. Asetonsuz lak çıxaranlardan da istifadə edə bilərsiniz. Lakin bir müddət dırnaqları təbii saxlayın. Bu da onların güclənməsinə səbəb olar.//lent.az

Buna da baxın

Cinsi gücü artıran qidalar

Whatsapp ilə Paylaş Cinsi gücün zəifləməsi problemini dərmanlarsız, təbii vasitələrlə də müalicə etmək mümkündür. Normal …