Əsas səhifə / Əsas menu / Gözəllik / Dırnaqlarınızı istədiyiniz kimi uzada bilmirsiniz?
Bizi mobildən daha sürətli  izləyin

Dırnaqlarınızı istədiyiniz kimi uzada bilmirsiniz?

g

Gözəllik mütəxəssisi Suna Dumankaya, tez qırılan və saralan dırnaqlar üçün limonlu qulluq təklif edir.

Qadınklubu.com tez qırılan dırnaqlar üçün limon vasitəsi ilə qulluq qaydasını təqdim edir.

Dırnaqlarınızın güclənməsi üçün ilıq su ilə dolu bir kasanın içinə 1 çay qaşığı zeytunyağı və yarım limonun suyunu töküb, dırnaqlarınızı 10 dəqiqə bu qarışığın içində saxlayın. Sıxdığınız limonu atmayın. Bunu etdikdən sonra, dırnaqlarınızı limonun qalığının içində saxlayın. Beləcə dırnaqlarınızdakı sarılıq yox olacaq.

Bundan əlavə hər gecə yatmamışdan əvvəl 1 yemək qaşığı badam yağı, limon suyu və zeytun yağını qarışdırın. Bu qarışığı dırnaqlarınıza sürtün. Ardınca pambıqlı əlcək taxıb yatın. Bu qulluq dırnaqlarınızı gücləndirəcək.