Əsas səhifə / Əsas menu / Gözəllik / Dırnaqlarınızın tez uzanması üçün məsləhət
Bizi mobildən daha sürətli  izləyin

Dırnaqlarınızın tez uzanması üçün məsləhət

j

Uzun və baxımlı dırnaqlara sahib olmaq , dırnaq boyası və aksesuarların əldə daha cazibədar görünməsini təmin edər.

Təbii görünməyi sevən qadınlar taxma dırnaq (protez dırnaq) yerinə qısa dırnaqların daha tez uzanmasını istəyirlər. Bəzi dırnaq uzatma metodları dırnaqların güçsüzləşməsinə və qırılıb deformasiyasına səbəb olmaqdadır.

Qadınklubu.com-un təklif etdiyi praktik üsullarla dırnaqları asan uzadaraq, həm də daha güclü və sağlam görünməsini də təmin edə bilərsiniz.

Sürətli dırnaq uzatmaq üsulları

Sağlam qidalanmamaq və qeyri-kafi su istifadəsi dırnaqların gücsüzləşərək qırılmasına səbəb olur. Qidalanmağınıza əhəmiyyət göstərməsəniz, dırnaq baxımı qüsursuz olsa belə, dırnaqlardakı zəifləmə və qırılmaların qarşısını ala bilməzsiniz. Ən əhəmiyyətli qayda balanslı və sağlam qidalanmaqdır. Yumru kəsilərək formaya salınan dırnaq daha sürətli uzanar.

Dırnaqlarınızı suda gözlətmək də daha sürətli uzanmağı təmin edir. Dırnaq qırılmasının qarşısını almaq üçün gücləndirici dırnaq baxımına laqeyd yanaşmayın. Dırnaqları gücləndirmək və daha parlaq görünməsini təmin etmək üçün suyun içinə bir neçə damla limon əlavə etməyinizi təklif edirik.

Davamlı dırnaq boyası istifadə etmək, dırnaqların gücünü itirməsinə səbəb olur. Həftədə 2 gün dırnaq boyasından istifadə etməyin.Bununla da dırnaqlarınıza istirahət etdirin.

Sirkə və duzu qarışdıraraq dırnaqlarınıza sürtmək uzanmağı sürətləndirici təsirə malikdir.
Limon suyu, zeytun yağı yağını qarışdıraraq dırnaqlarınıza sürtmək, həm dırnaqların sürətli uzanmasını təmin edər, həm də qidalanaraq güclənməsinə köməkçi olar.

Banan, portağal, alma qabığı ilə dırnaqlarınızı ovun. Meyvə masajı, dırnaq ətlərini canlandırar və dırnaq uzanmasını sürətləndirir.

Dırnaqlarınıza zərər verən hərəkətlərdən uzaq olun. Uzanan dırnaqlar kövrək quruluşa malikdir. Dırnaq kənarlarında ibarət et parçalarından narahatsınızsa vazelin vasitəsilə həmin nahiyyəni nəmləndirin. Dırnağa zərər vermədən dırnaq ətrafında ibarət olan ölü hissələri təmizləyin.

Buna da baxın

8 addımda daha gözəl ayaqlarla yaya başlayın

Whatsapp ilə PaylaşQışda corabların və qalın ayaqqabıların arasında sözün tam mənasıyla gün üzü görməyən ayaqlar …