Əsas səhifə / Manşet / Diş ağrısı necə keçər?
Bizi mobildən daha sürətli  izləyin

Diş ağrısı necə keçər?

disag

Gecənin bir yarısı başlayan və səhərə qədər yatmağa qoymayan diş ağrısı üçün evdə təbii yollarla diş ağrısını bir az da olsun yüngülləşdirə bilərsiniz.

Qəfil başlayan və keçmək bilməyən diş ağrısı necə keçər, evdə hansı üsullarla diş ağrısını yüngülləşdirə bilərik?

Əvvəlcə diş ağrısının nədən qaynaqlandığını araşdırın. Əgər çürük dişiniz və dişinizdə çürüklə bağlı oyuq varsa, bu vəziyyətdə dişiniz tez-tez ağrıyacaq. Üstəlik bu ağrı hər vaxt gecə yarısı başlayar və səhərə qədər sürə bilər. Eyni zamanda çürük dişdə pis qoxu da vardır.

Diş ağrısının bir çox səbəbi ola bilər. Örtmələrin altında meydana gələn iltihablar da diş ağrısına səbəb olarlar. Bu vəziyyətdə etməniz lazım olan ilk addım ağrı kəsicilərdən faydalanmanızdır. Sonrasında dişlərinizi fırçalayın. Ağızınızı təmizləyin və diş ipiylə dişlərinizin arasında qalmış yemək parçalarını təmizləyin. Bu sizin ağrınızı bir az da olsun yüngülləşməsinə kömək edəcək.

Sirkəli su və duzlu su qarqarası da diş ağrısını bir az yüngülləşdirir. Dişiniz ağrıdığında ilıq suya duz qoyun və bu duzlu su ilə ağızınızı yaxalayın. Yenə eyni şəkildə sirkəli su ilə də qarqara edə bilərsiniz. Tətbiq etdiyiniz bu iki üsul ilə dişlərinizdə çürük varsa , dezinfeksiya olacaq. Ağızındakı bakteriyalar təmizlənəcək. Diş həkiminizə gedənə qədər tez-tez bu şəkildə qarqara edə bilərsiniz.

Qərənfil yağı, diş ağrısını yüngülləşdirir. Xüsusilə çürük dişlər üçün ağrı kəsici təsirləri vardır. Ağrıyan dişlərə yaxşı gələn qərənfil yağı anestezik və antiseptik xüsusiyyətdədir. Eugenol deyilən güclü bir maddə ehtiva edir. Bakteriya öldürməyə yarayan bu maddə diş pastalarında da vardır. Quru qərənfil ağrıyan bölgəyə qoyulub gözlədilsə o bölgəni keyidərək ağrı hissini azaldar. Bundan əlavə antibakteriyel xüsusiyyətindən ötəri çürük dişin ətrafındakı zərərli bakteriyalara təsir edər.

Yatmaq diş ağrısını yüksəldər. Gecə vaxtı başlayan diş ağrısını keçirmək üçün yastığınızı bir xeyli yüksəltməlisiniz ya da yatmaq deyil oturmağı seçim edə bilərsiniz. Beləcə diş ağrısı bir az keçəcək. Yatmaq diş ağrısını yüksəldir.

Buna da baxın

Spiral taxdırdı və…

Whatsapp ilə PaylaşQadınlar hamiləlikdən qorunmaq üçün bir çox vasitələrdən istifadə edirlər. Bunlardan ən aktualı spiral …