Əsas səhifə / Manşet / Diş ağrısına çarə
Bizi mobildən daha sürətli  izləyin

Diş ağrısına çarə

diş ağrısına çarə

Diş çürükləri diş ağrılarının əsas səbəbidir. Şəkərli, nişastalı qidalar nəticəsində ağzınızdakı boşluqlarda yığılan bakteriyalar dişlərinizi fırçalamadıqda diş minasını zəiflədərək çürüklərə səbəb olur. Bu məqamda həkimə müraciət etmək lazımdır. Amma həkimə gedən müddətə qədər ağrıları təbii üsulla azalda bilərsiniz.

Qadinklubu.com sizlərə bir neçə təbii üsul təqdim edir.

1 – İlıq su və duz

1 stəkan ilıq suya 1 yemək qaşığı duz əlavə edərək qarışdırın. Sonrada bu qarışıq ilə ağızınızı qarqara edin. Bu üsulla  şişli və  ağrını azaldacaqsınız.

2- Yağ ilə dezinfeksiya etmək

Diş infeksiyalarını müalicə etmək üçün etməniz lazım olan 15 dəqiqə ərzində 2 yemək qaşığı yağı ağzınızda saxlamaqdır. Yağ ağız qoxularını aradan qaldırdığı kimi ağız boşluğundakı bakteriyaları da öldürür.

3- Duz və istiot təsiri

Əgər şiddətli bir diş ağrısı çəkirsinizsə, etməniz lazım olan yalnız duz və qara bibərdir. Bu iki qarışıq mükəmməl bir anti-bakterial xüsusiyyətə malikdir. Bu iki vəsaiti istifadə edərək ev istehsalı diş pastası hazırlaya bilərsiniz. Bu diş macununu etmək üçün bir az su, qara bibər və duza ehtiyac vardır. Bərabər miqdarda duz və qara bibəri bir miqdar su ilə yoğurub məcun konsistensiyasına gətirin. Daha sonra bu qarışıq  ilə  2 dəqiqə ərzində dişlərinizi fırçalayın və sonra bol su ilə ağızınızı yuyun.

4-Ağrını kəsmək üçün sarımsaq və mixək

Təbii antioksidan olan sarımsaq ilə inanılmaz ağrı kəsici hazırlaya bilərsiniz. 1 diş sarımsağı çeynəyəək ağrını azalda bilərsiniz. Bundan əlavə mixək  tozu ilə 1 qaşıq zeytun yağını qarışdırıb üzərinə sarımsaq tozu töküb. Bu qarışığı ağzımızda bir qədər saxladıqdan sonra udun.

5- Ağrı kəsici üçün zəncəfil

1 stəkan su içinə bir parça zəncəfil ataraq bir müddət gözlədin. Sonra qarışıq ilə qarqara edin. Təsirini dərhal görəcəksiniz.

7-Soğan halqaları ilə ağrı kəsici

Soğan güclü bir antiseptik xüsusiyyətə malik tərəvəzdir. Diş ağrılarını sakitləşdirmək üçün və rahatlamaq üçün bu tərəvəzi istifadə edə bilərsiniz. Ağrıyan dişiniz olan tərəfdə soğan çeynəyin.

8- Sarıkök  təsiri

Xardal yağı ilə sarıkökü qarışdırın və bir qədər su əlavə edin.  Yaranan qarışığın konsistensiyası məcun halına gələnə qədər davam etdirin. Sonra diş fırçanıza bu qarışığı sürtün və dişlərinizi fırçalayın. 15 dəqiqə bu qarışıq dişlərinizin arasında qalsın. Sonra ağızınızı çalxalayıb bol su ilə yuyun. Təsirini görəcəksiniz .

9- Çay paketləri

Əgər dişləriniz ağrıyır və diş ətləriniz şişibsə,  həlli çox fərqli  bir üsuldadır. Hazır paket çaylarını  diş əti şişkinliyinizi aradan qaldırmaq üçün istifadə edə bilərsiniz. Əvvəlcə çay paketini buzluqda yarım saat gözlədin və ağzınızda ağrıyan nahiyyənin üzərinə qoyun.

Buna da baxın

Dodaq üstü tükləri azaldan kür

Whatsapp ilə Paylaş Qadınların ən çox narahat edən şeylərdən biri dodaq üstü bölgələrində çıxan tüklərdir. …