Əsas səhifə / Manşet / Diş daşının ev şəraitində təmizlənməsi
Bizi mobildən daha sürətli  izləyin

Diş daşının ev şəraitində təmizlənməsi

1

Diş daşı hər bir insanı narahat edən problemlərdəndir. Gün ərzində qəbul edilən qidaların təsiri ilə formalaşan kariyes, diş daşları müəyyən müddətdən sonra ağız boşluğunda bir sıra fəsadlara yol açmaqdadır. İlk öncə qeyd edək ki, hər kəs vaxtaşırı olaraq stomatoloq müayinəsindən keçməli və təbii ki, gün ərzində 3 dəfə dişlərini fırçalamağı təxirə salmamalıdır. Hər diş fırçaladıqdan sonra ağız boşluğunu 3 %-li hidrogen peroksid (pereks) yaxalayın. Bu həm dişlərdəki kariyesin qarşını almaqda, həm də dişlərin ağardılmasında təsirli üsuldur. Sadəcə 3%-li hidrogen peroksid istifadə edin. Yüksək faizli ziyanlıdır unutmayın. Bu üsullarla diş daşlarının yaranmasının qarşısını alaraq daha sağlam dişlərə sahib olmaq mümkündür. Əgər artıq diş daşı probleminiz varsa, qadinklubu.com sizlərə ev şəraitində diş daşlarını, kariyesi təmizləməyin asan və praktik üsulunu təqdim edir.

Lazım olanlar:

  • 40 qr qoz qabığı
  • 1 st su

Hazırlanması və tətbiqi:

Qoz qabığını əzin. 20 dəqiqə qoz qabığını suda qaynadın. Daha sonra soyumasını gözləyin.
10 dəqiqə diş fırçasını həmin qarışımda saxladıqdan sonra dişlərinizi fırçalayın.
Bu proseduru gün ərzində 3 dəfə tətbiq edə bilərsiniz. Diş daşları tamamilə təmizlənənə qədər. Müntəzəm olaraq istifadə edərsəniz, 2 həftə ərzində effektini görəcəksiniz.

Buna da baxın

Sağlam dişlərə sahib olmaq üçün 9 qayda

Whatsapp ilə Paylaş Sağlam, par-par parlayan dişlərə sahib olmaq üçün ağız və diş baxımına diqqət yetirməniz …

2 Şərhlər

  1. Qoz qabigi filan bu hardan gelmis melumatdi ne derece duzdu?? Ya psixoloji olarag milleti hazirliyirsiz??