Əsas səhifə / Əsas menu / Sağlamlıq / Dişlər və sümüklər üçün ən faydalı meyvə
Bizi mobildən daha sürətli  izləyin

Dişlər və sümüklər üçün ən faydalı meyvə

j

Kinka qabıqlı yeyilə bilən yeganə sitrus meyvəsidir. Orqanizm üçün faydalı olan kinka onlarla problemi aradan qaldırmağa qadirdir.

Ən çox yüksək təzyiq və xolesterinlə bağlı problemi olanlara məsləhət görülür. Hətta qabıqlı yedikdə problemi daha tez həll edir.

Ürəyiniz şirniyyat istəyəndə bu meyvədən yeyə bilərsiniz. Çünki gün ərzində həddən artıq şəkərli qidalar qəbul etməyin qarşısını alır.

C vitamini ilə zəngin olduğu üçün güclü antioksidantdır. İmmunitet sistemini gücləndirir. Xəstəliklərə qarşı qalxan funksiyasını yerinə yetirir. Qabıqlı yeyildikdə infeksiyalara yoluxmağın qarşısını alır.

Kinka A vitamini baxımından da zəngindir. B1, B2 ve B3 vitamini də ehtiva edir. Həmin vitaminlər sinir sisteminə yaxşı təsir göstərir. Tərkibindəki kalsium sayəsində sümük və diş sağlamlığı üçün əvəzsiz rol oynayır.

Kinkanı salatlarınıza doğrayıb yeyə, yaxud şirəsini içə bilərsiniz. Xüsusilə, qarşıdan gələn payız və qış aylarında hər gün yemək lazımdır.

Buna da baxın

Bu xəbər kökəlmək istəyənlər üçündür!

Whatsapp ilə Paylaş Çox arıq olanlar, nə edirlər etsinlər, çox istəsələr də kökələ bilməyənlər – …