Əsas səhifə / Əsas menu / Gözəllik / Dişləri ağartmağın ən asan üsulu
Bizi mobildən daha sürətli  izləyin

Dişləri ağartmağın ən asan üsulu

Beyaz-ve-Pembe-Estetik

Dişlərin sağlam olması ilə yanaşı, ağ görünməyi də çox önəmlidir. Gözəl gülüş üçün ağ dişlər vacibdir. Dişləriniz kifayət qədər ağ olduqda daha rahat gülümsəyir və özünüzə daha çox güvənirsiniz. Ancaq dişləri hər gün fırçalamaq, keyfiyyətli diş məcunlarından istifadə etmək belə onların ağ qalacağına zəmanət vermir. Odur ki, həftədə bir dəfə də olsa xüsusi qarışımla dişlərinizə qulluq etməlisiniz.

Bunun üçün 1 yemək qaşığı soda, 1 yemək qaşığı üyüdülmüş adaçayı və rəndələnmiş yarım limon qabığını qarışdırmalısınız. Dişlərinizi həftədə iki dəfə bu qarışımla fırçaldıqda faydasını qısa müddətdə hiss edəcəksiniz.

Qeyd edək ki, dırnaqlarınızı da ağartmaq üçün limondan istifadə edə bilərsiniz. Əvvəlcə qreyfurt qabığı ilə dırnaqları ovun. Daha sonra isə dırnaqlarınızı limon suyunun içində saxlayın. Bu proseduranı həftədə 3 dəfə tətbiq etməlisiniz.

Buna da baxın

Paltar qırışlarını ütüsüz açın

Whatsapp ilə PaylaşPaltar qırışlarını ütüsüz açın Qırış paltarı tez bir zamanda ütü istifadə etmədən səliqəyə …