Əsas səhifə / Manşet / Dişləri çürümələrdən qoruyan 10 qida
Bizi mobildən daha sürətli  izləyin

Dişləri çürümələrdən qoruyan 10 qida

g

Sağlam dişlərə sahib olmaq üçün, təkcə xarici qulluqu təmin etməklə nail olmaq olmaz.

Həm də daxili qulluq, yəni qidalanmaq da diş sağlamlığında əhəmiyyətli faktorlardandır. Qadınklubu.com sizləri dişləriniz üçün lazımlı olan 10 qida ilə tanış edir.

PENDİR

Pendir dişlər üçün çox faydalıdır. İlk olaraq ağızın PH tarazlığını nizamlamağa köməkçi olur. Eyni zamanda çürüklərə qarşı qoruyub, yeni çürüklər meydana gəlməsini mane olar. Xüsusilə şəkərli qidalar alındıqdan sonra kiçik bir parça pendir, şəkərin dişləri çürütmə təsirini aradan qaldırma baxımından son dərəcə əhəmiyyətlidir.

YAŞIL ÇAY

Yaşıl çayda olan katesinmaddəsi ağızdakı bakteriyaların yox olmasına köməkçi olaraq, eyni zamanda xərçəngə qarşıda təsirli olur. Bu səbəbdən ağız xərçənglərinə qarşı təsirli bir maddədir. Bu maddə eyni zamanda pis ağız qoxusuna səbəb olan bakteriyaları də ağızdan uzaqlaşdırmağa köməkçi olar.

KİVİ

Vitamin C əskikliyi diş ətlərini bakteriyalara qarşı daha həssaslaşdırır. Bu səbəbdən yetərli miqdarda C vitamin almağınız dişlərinizin sağlamlığı baxımından əhəmiyyətlidir. Bunun üçün ən yaxşı qida kividir.

QATIQ

Kalsium baxımından zəngin olan qatığın dişlərə olan faydaları saymaqla bitməz. Kalsium sağlam dişlər üçün başlıca meyardır. Kalsiumla zəngin olan qatıqı menunuzdan əskik etməyin.

CƏFƏRİ

Ağız qoxusuna səbəb olan yeməkləri istehlak etdikdən sonra bir az cəfəri çeynəmək xoş bir ağız qoxusuna sahib olmanıza köməkçi olacaq. Bu sayədə isə pis ağız qoxusu cəfəri sayəsində xoş bir qoxuya çevriləcək.

ÇİYƏLƏK

Çiyələk dişlərə və diş ətlərinə xeyirlidir. Eyni zamanda diş daşlarından təbii üsulla xilas olmanının ən yaxşı vasitəsidir.. İçində olan müxtəlif turşular diş diblərində yığılan daşları əridir. Diş daşlarının meydana gəlməsini mane olar.

ÇƏRƏZ

Çərəzin tərkibindəki xüsusi yağlar vardır ki, dişi örtərək bakteriyalara qarşı qoruyucu bir təbəqə yaradırlar. Bu yağlar diş minasının güclənməsinə köməkçi olaraq çürümələrə qarşı daha dayanıqlı olmasını təmin edirlər.

ALMA

Qabıqla birlikdə yeyildiyində, həm dişləri möhkəmləndirir, həm təmizliyinə səbəb olur. Bundan əlavə alma, kök kimi qidaları dişləyərək yemək məsləhətdir.

BALIQ

Balığın tərkibindəki fosfor, sümük və diş toxumasının əsas maddələrindən biridir. Bunlarda dişləri sərtləşdirən fosfor vardır. Bu səbəbdən daha sağlam dişlər üçün həftədə bir dəfə balıq istifadə edilməlidir.

ŞƏKƏRSİZ SAQQIZ

Bir çox saqqızın tərkibində çox miqdarda şəkər var. Bu şəkər hər hansı bir şirin qida kimi bakteriyaların bəslənməsinə və çoxalmasına şərait yaradır. Bunun üçün şəkərsiz saqqız çeynəmək lazımdır. Beləliklə saqqız tüpürcək axışını artıracaq ağız içinin təbii olaraq təmizlənməsini təmin edəcək.

Buna da baxın

Çərəzi uşaqlara nə vaxtdan vermək olar?

Whatsapp ilə Paylaş Çərəzlər böyüklərə xeyirli olduğu kimi, uşaqlara da xeyirlidir. Ancaq uşaqlara çərəz hansı …