Əsas səhifə / Əsas menu / Sağlamlıq / Diyabetin 7 vacib siqnalı!
Bizi mobildən daha sürətli  izləyin

Diyabetin 7 vacib siqnalı!

giDiyabetin 7 vacib siqnalı!

Diyabet bütün dünyada olduğu kimi ölkəmizdə də görülmə sıxlığı sürətlə artan sağlamlıq problemidir. Bəs diyabeti necə anlamaq olar?

Diyabetin 7 vacib siqnalını sizin üçün sıralayırıq.

1. Ağız quruluğu

Diyabet erkən fərq edilib tədbirlər görülməsə yorulan pankreas qan şəkərini nəzarət etməyə çatacaq qədər insulin təmin edə bilmir. Bu vəziyyətdə əvvəl toxluqda qan şəkərləri yüksəlməyə başlayır. Ağız quruluğu və çox su içmə bu prosesin ilk əlamətlərini təşkil edir.

2. Ayaqlarda kramplar

İnsulin azlığı səbəbiylə qanda şəkər yüksələrkən hüceyrə içinə girib enerji olaraq istifadə edilmədiyi üçün hüceyrələrdə bir enerji aclığı ortaya çıxır. Halsızlıq, qıçlarda kramplar, həddindən artıq şirin istəyi, səhərlər çətin oyanma, gün içində yuxu halı, konsentrasiya azalması bu dövrdə başlayan və qandakı şəkər yüksəldikcə şiddəti artan əlamətləri meydana gətirir.

3. Gecə sidiyə qalxma

Ağız quruluğuna bağlı çox su içməklə bərabər qanda yüksələn qan şəkərinin böyrək üzərində yaratdığı təzyiq səbəbiylə xəstələr gecə yuxudan sidik ehtiyacıyla oyanmağa başlayır. Gecədə bir dəfə sidiyə qalxmaq normal sayılır. Ancaq birdən daha çox ağla diyabet gətirməlidir.

4. Çəki itkisi

Pankreasın insulin ehtiyatı azaldıqca a qan şəkəri yüksəlməyə başlayır. bu dövrdə yuxarıdakı şikayətlərə əlavə olaraq çəki itkisinin ortaya çıxır.

5. Qaşıntı

Qandakı şəkər yüksəlməyə başlayınca dəri qurur və ümumi bir bədən qaşıntısı başlayır. Bu qaşıntı qadınlarda genital bölgədə daha sıx olabilər.

6. Vajinal göbələk infeksiyaları

Bədən mayelərində artan şəkərin mikrobların törəməsini kolaylaştırmasına bağlı olaraq qadınlarda tez sidik yolu infeksiyaları və genital bölgədə kaşıntıyla birlikdə təkrarlayan göbələk infeksiyaları inkişaf edə bilər.

7. Mürgüləmə

Qanda şəkər yüksək olmasına baxmayaraq enerji olaraq istifadə edilmədiyi üçün hüceyrələr enerjisiz qalır. Bu vəziyyət beyin və sinir sistemi hüceyrələrinin enerji azlığına yol açır; yuxu halı, konsentrasiya azlığı və gün içində mürgüləmə şikayətləri ortaya çıxır.