Əsas səhifə / Əsas menu / Gözəllik / Dodaq boyasından düzgün istifadə yolları
Bizi mobildən daha sürətli  izləyin

Dodaq boyasından düzgün istifadə yolları

Dodaq boyasından düzgün istifadə yolları

 

1.Dodaq boyasını daha düzgün şəkildə necə çəkə bilərəm?                                                              Yüngülcə gülümsəyərək dodaqlarınızı dartın və əsla büzməyin.

make

 

2.Solğun rəngli dodaqlar üçün hansı rəng dodaq boyasından istifadə etmək lazımdır?

Solğun cildlər şaftalı, çəhrayı rəngləri seçməli olduqları halda, tünd rəngli cildə sahib olanlar qəhvəyi rəngin üstünlük təşkil etdiyi daha isti tonları seçməlidir. Eyni zamanda siz, solğun rəngli dodaqlarınızı dramatik, dumanlı göz makiyajı ilə də tarazlaşdıra bilərsiniz.

2.

3.Mükəmməl qırmızı dodaq boyası deyə bir şey var?

Hər kəs üçün mükəmməl qırmızı dodaq boyası var. Özünüzünkünü tapmaq üçün paketin üzərindəki və ya dodaq boyasının qabında görünən rəngə əhəmiyyət verməyin. Onu əlinizin üzərində sınamaq yerinə dodağınızın təbii rənginə daha yaxın olan barmaq ucunuza çəkərək yoxlayın.

4.

4.Necə edimki, dodaqlarım daha həcmli görünsün?

Dodaqlarınızı daha həcmli göstərmək üçün dodaqlarınızın təbii xəttinin yuxarısından, dodaq qələmi çəkməyi ağılınızdan belə keçirtməyin. Bunun yerinə mat rəngli bir dodaq boyası çəkdikdən sonra üst dodağınızın boyunca uzanan qövs hissəsinə incə bir fırçayla bir az parıldadıcı çəkin.

5.

5.Hansı rəng pomadalar dodaqlarımı daha böyük göstərər?

Əgər dodaqlarınız çox incədirsə tünd rənglərdən və meyvə tonlarından yox, daha güclü qırmızı rənglərdən istifadə edin. Eyni zamanda parıldaadıcınızın verdiyi işıltı dodaqlarınızı daha böyük göstərəcəkdir.

6.

6.Böyük dodaqlarımı necə kiçik göstərim?

Qadınların əksəriyyəti dodaqlarını həcmli göstərmək istədiyi halda, bəzi qadınlar bunun əksini istəyir. Dodaqlarınızı balaca göstərmək üçün tünd rəngli dodaq boyalarından istifadə edin.

1

7.Dodaq Parıldadıcısı dodaqlarımın daha həcmli görünməsini təmin edir?

Parıldadıcısı, işığı əks etdirərək dodaqların daha həcmli görünməsini təmin edir. Onun təsirini daha da gücləndirmək üçün, parıldadıcını bütün dodağınıza yox, yalnız ortasına bir nöqtə şəklində toxundurun. Beləcə mükəmməl dodaq görünüşünə sahib olacaqsınız.

2

 

8.Dodaq boyasını, bir qat yoxsa iki qat çəkim?

İki qat çəkməyiniz məsləhətdir. İlk qatı çəkdikdən sonra dodaq boyanızı bir kağız dəsmala hopdurun, sonra da ikinci qatı çəkin.

4

 

9.Necə edimki, qırmızı rəng dodağımda şit görünməsin?

Bir qat rəngsiz dodaq nəmləndiricisini barmağınızla dodaq boyasının üzərinə çəkərək, qırmızının təsirini yüngülləşdirə bilərsiniz.

7

10.Dodaq boyamın rəngini nə vaxt dəyişim?

Yaşınız çoxaldıqca üzünüzdə meydana gələn dəyişikliklərə diqqət edin. Üzünüzdə baş verən dəyişikliklərə əsasən dodaq boyanızı dəyişə bilərsiniz.

5 (1)

 

Buna da baxın

Makiyajda yol verilən 10 səhv

Whatsapp ilə PaylaşHəddən artıq bağlayıcı istifadə etmək Bağlayıcı tonunu səhv seçmək və çox istifadə etmə, …