Əsas səhifə / Əsas menu / Gözəllik / Dodaq parladıcınızı özünüz hazırlayın
Bizi mobildən daha sürətli  izləyin

Dodaq parladıcınızı özünüz hazırlayın

narrrrrrrrr

Dodaqlarınızın ehtiyacına və zövqünüzə görə, öz əllərinizlə dodaq parladıcısı hazırlaya bilərsiniz. Qadinklubu.com bunun üçün lazım olan ləvazimatları təqdim edir:

  • 2 ədəd böyürtkən
  • 10-15 ədəd nar dənəsi
  • 2 ədəd moruq
  • 2 ədəd çiyələk
  • 3 x.q. zeytun yağı və ya kokos yağı

Hazırlanması

Böyürtkən, nar dənələri, moruq və çiyələkləri yaxşıca əzib qarışdırın. Əgər varsa, mikrodalğalı sobada 30 saniyə gözlədib, çıxardıqdan sonra yenidən qarışdırın. İçinə zeytun və ya kokos yağını əlavə etdikdən sonra bir daha qarışdırın və soyumağa qoyun. Rəngli dodaq parladıcınız hazırdır.

Hazırladığınız qarışım təbii meyvələrdən hazırlandığı üçün, adi otaq tempraturunda tez xarab olar. Ona görə də, soyuducuda saxlamağınız məsləhətdir.

Buna da baxın

Dodaqlarınızı balla qoruyun

Whatsapp ilə Paylaş Dodaqlarınızı balla qoruyun “Dodaqlarım çox həssasdır, xüsusi ilə də soyuq havalarda tez …