Əsas səhifə / Əsas menu / Gözəllik / Dodaqlardakı yeni trend – Ombre
Bizi mobildən daha sürətli  izləyin

Dodaqlardakı yeni trend – Ombre

Dodaqlardakı yeni trend-ombr

İndiki vaxtda gözəllik anlayışı gün keçdikcə dəyişir.

Gündəlik olaraq istifadə etdiyimiz hər şeyə yeni bir trend əlavə olunur. İndi də bir qadının bədənindəki ən gözəl yerlərindən biri olan dodaqlarına yeni bir trend gəldi.

Qadınklubu.com-un məlumtaına görə, Ombre trendi ilə dodaqlarınıza gözəllik aşılayaraq müasir və elegant bir görünüşə sahib olacaqsınız.

Ombre trendini tətbiq etmək üçün;

1- Əvvəl  şəkər və bal qarışığı ilə dodaqlarınıza peeling edərək, dərini ölü hüceyrələrdən təmizləyərək dodaq boyanıza hamar bir səth hazırlayın.

2- Tətbiqə keçməmişdən əvvəl ən sevdiyiniz rəngsiz dodaq nəmləndiricinizi tətbiq edin.

3- Əgər çəhrayı tonlarında bir dodaq boyası tətbiq edəcəksinizsə, bənövşəyi çalarları; qırmızı pomada seçim etsəniz, tünd qırmızı çalarlı bir dodaq qələmi ilə dodaqlarınızı çərçivələyin.

4- Dodaq qələminizin rəngi ilə eyni ya da bənzər rəngdə bir dodaq boyasını, konturun  daxili qisimlərinə sürtün amma dodaqlarınızın ortasını mütləq boş buraxın.

5- İndi sıra ikinci pomada rənginə gəldi. Əgər dodaq qələmində bənövşəyi  tonları istifadə etsəniz çəhrayı bir pomada, tünd qırmızı bir qələm istifadə etsəniz qırmızı rəngli bir dodaq boyasını dodaqın mərkəzinə tətbiq edin.

6- Hər iki pomadanı da sürdükdən sonra dodaqlarınızı bağlayaraq rəngləri bir-birinə qarışmasını təmin edin.

7- Daha sonra dodaq qələminizi alın və iki rəngin yaxşıca bir-birinə keçdiyindən əmin olmaq üçün tünd rəng dodaq boyasının üzərindən çəkərək  yenidən dodaqlarını bir-birinə sıxaraq rəng keçidlərinin reallaşmasını təmin edin.

8- İki rəngin keçid yerində sərt bir xətt qalmadığından əmin olduğunuzda, istəsəniz şəffaf bir parladıcı ilə üzərindən keçərək əlavə parlaqlıq təmin edə bilərsiniz.

Artıq mükəmməl dodaqlara sahibsiniz.

Dodaqlardakı yeni trend-ombr.jpgd

Dodaqlardakı yeni trend-ombr.jpgf

Dodaqlardakı yeni trend-ombr.jpgfg

Dodaqlardakı yeni trend-ombr.jpgf.jpgdd

Dodaqlardakı yeni trend-ombr.jpgdsa

 

Buna da baxın

Makiyaj vəsaitlərinin istifadə müddəti

Whatsapp ilə Paylaş Hər şey kimi makiyaj vəsaitlərinin də bir istifadə müddəti var. Ancaq aparılan araşdırmalara …