Əsas səhifə / Əsas menu / Gözəllik / Dodaqları dolğunlaşdıran bir neçə üsul
Bizi mobildən daha sürətli  izləyin

Dodaqları dolğunlaşdıran bir neçə üsul

h

Dodaqlarının nazik olmasından şikayətçi olan xanımlar alt və üst dodağın mütənasib hala gəlməsi üçün dodaq qalınlaşdırmaq əməliyyatına müraciət edirlər.

Dodaqları dolğunlaşdırmaq üçün botoks və estetik vasitələrdən istifadə  təbiilikdən olduqca uzaq bir görünüşdür. Evdə sadəcə bitki mənşəli üsulları istifadə edərək dodaqlarınızı dolğunlaşdıra bilərsiniz.

Qadınklubu.com bu vasitələrin bir neçəsini təqdim edir:

Acı bibərlə dodaq dolğunlaşdırmaq

  • 1 çay qaşığı su
  • Acı bibər

1 çay qaşığı su ilə bir miqdar acı bibəri qarışdırın. Hazırladığınız qarışığı dodaqlarınıza sürtün və yanma hissi narahat etdiyində yuyun. Nəticədə dodaqlarınız daha dolğun görünəcək. Qarışığı dodaqlarınızda 10 dəqiqə saxlamağa çalışın.

Qərənfil yağı ilə dodaq dolğunlaşdırmaq

  • 1 çay qaşığı kakao yağı
  • 1 çay qaşığı qərənfil yağı

Kakao yağı və qərənfil yağını qarışdırın. Dodaqlarınıza çəkdikdən sonra 5 dəqiqə gözləyin. Dodaqlarınız daha dolğun və hamar görünəcək. Gün ərzində 2 dəfə təkrarlaya bilərsiniz.

Balla dodaq dolğunlaşdırmaq

  • 1 çay qaşığı bal
  • 2 damla zeytunyağı

1 çay qaşığı balı  və 2 damcı zeytunyağını qarışdırın. Qarışığı təmiz bir diş fırçasının üzərinə qoyun və dodaqlarınızı yumşaq fırçalayın. 5 dəqiqə saxlamağınız kifayətdir.

Dodaq qalınlaşdıran yumurta maskası

  • 1 yumurta sarısı
  • 5 qram yulaf

1 ədəd yumurta sarısı və 5 qram yulafla qarışdırın. Qarışığı dodaqlarınıza sürtün və 10 dəqiqə gözlədin. Dodaqlarınızda olan qırışları aradan qaldırar və dodaqların daha dolğun görünməsini təmin edər.

Darçın yağı ilə dodaq dolğunlaşdırma

  • 4 yemək qaşığı zeytun yağı
  • 5 damla darçın yağı

Ərzaqları qarışdırıb dodaqlarınıza sürtün. 10 dəqiqə gözlədin və ardından dodaqlarınızı təmizləyin.

Buna da baxın

Qalın qaşlara hansı makiyaj yaraşır?!

Whatsapp ilə Paylaş Əgər qalın qaşların varsa, çox şanslısan. Çünki, qalın qaşlar dəbdədir və uzun …