Əsas səhifə / Əsas menu / Gözəllik / Dodaqlarınız daha gözəl olacaq
Bizi mobildən daha sürətli  izləyin

Dodaqlarınız daha gözəl olacaq

dudak_peelingi-2Dodaqlarınız daha gözəl olacaq

Siz də dodaqlarınızdakı qurumadan, qanamadan əziyyət çəkirsiniz? Bütün bunlardan qurtulmaq üçün sizə təbii dodaq peelingləri təqdim edirik.

Zeytun yağı ilə dodaq peelingi

Vəsaitlər

* Toz şəkər
* Zeytunyağı

Hazırlanması

* Bir kasada az zeytun yağı ilə bir az şəkəri qarışdırın.
* Hazırlayacağınız qarışıq məcun konsistensiyasında olmalıdır.
* Dairəvi hərəkətlər şəklində masaj edərək təbii dodaq peelinginizi, təmiz pambığın köməyi ilə dodaqlarınıza sürtün.
* Qıcıqlanma etmədən nə qədər uzun müddət masaj etsəniz, o qədər yaxşı peeling tətbiq edərsiniz. 5-10 dəqiqə edə bilərsiniz.
* Bildirdiyimiz müddət bitdikdə su ilə dodaqlarınızı yuyub, dəsmalla yavaşca qurulayın.

Dodaqlarınıza nəmləndirici dodaq balı sürtüb, əməliyyatı tamamlayın.

Vazelinlə dodaq baxımı

Vəsaitlər

* Vazelin
* Diş fırçası

Hazırlanması

* Köhnə, yumşaq uclu diş fırçanıza bir miqdar vazelin sürtün.
* Dodaqlarınızı diş fırçanızla, dairəvi hərəkətlərlə yavaş yavaş fırçalayın.
* Vazelini dodaqlarınızda buraxın, vazelin dodaqlarınızın nəmini təkrar qazanmasına köməkçi olacaq.

 

Bal ilə dodaq peelingi

Vəsaitlər

* Bal
* Toz şəkər

Hazırlanması

* Şəkər baldan az olmaq şərti ilə, bir az şəkər və bir az balı qarışdırın.
* Yavaş-yavaş dodaqlarınıza masaj edərək yedirin.
* 1-2 dəqiqə gözlədin.
* Yuyub, dəsmalla qurulayın.

Gecədən dodaqlara tətbiq edin, üzərinə kağız dəsmal və ya salfet qoyun. Ertəsi səhər onu çıxarıb, dodaqlarınızı yuyun.

Buna da baxın

Qaraciyər sağlamlığı üçün faydalı içki

Whatsapp ilə PaylaşBu faydalı içki qara ciyər və öd kisəsi üçün çox faydalıdır – iltihab …