Əsas səhifə / Əsas menu / Gözəllik / Dodaqlarınıza istədiyiniz formanı verin
Bizi mobildən daha sürətli  izləyin

Dodaqlarınıza istədiyiniz formanı verin

 

1392097766_untitled-1

Əgər dodaqlarınızın görüşünüzdən narazısınızsa, balaca makiyaj hiylələri ilə onu istədiyiniz formaya sala bilərsiniz.

Dodaqlarınız böyükdürsə

Böyük dodaqları kiçik göstərmək üçün dodaq konturunu dodağın iç hissəsindən çəkmək lazımdır. Açıq rəngdə çəkilən konturun içinə, çərçivədən daha tünd rəngdə dodaq boyası vurun.

Dodaqlarınız qalındırsa

Qalın dodaqlara sərt və parlaq rənglər vurmayın. Dodaqların iç qismindən çəkilən dodaq konturu ilə dodaq boyasının eyni rəngdə olmağına fikir verin.

Dodaqlarınız incədirsə

İncə dodaqların daha dolğun görünməsi üçün konturu dodaq xəttinin xaric hissəsinə çəkin.

Alt və üst dodaqlarınız bir-brinə uyğun gəlmirsə

Alt və üst dodaqların qalınlıqları bir-birinə uymursa, müxtəlif iki tondan istifadə edin. Qalın dodaq üçün tünd, incə dodaq üçün isə açıq ton seçin.

Alt dodağınız daha böyükdürsə

Alt dodağı boyayarkən bir az kiçiltmək lazım gələcək. Bunun üçün orta hissədən başlayaraq dodaq cizgisinin bir az içindən dodaqların birləşdiyi yerə qədər boyanı çəkin.

Üst dodaq daha çox önə çıxırsa

Üst dodağın ortasını müəyyən edən V şəkilini dodaq cizgisinin bir az içindən çəkərək, dodaq qıvrımı olan hissəyə qədər qələmlə boyayın. Alt dodağı isə bir az dağınıq şəkildə boyayın.

 

Qadinklubu.com

Buna da baxın

Dodaqlarınız daha gözəl olacaq

Whatsapp ilə PaylaşDodaqlarınız daha gözəl olacaq Siz də dodaqlarınızdakı qurumadan, qanamadan əziyyət çəkirsiniz? Bütün bunlardan …