Əsas səhifə / Əsas menu / Gözəllik / Dodaqlarınızı tanıyın
Bizi mobildən daha sürətli  izləyin

Dodaqlarınızı tanıyın

dodaq_3t89hj686786

Makiyajın ən önəmli detalı dodaq boyasıdır. Düzgün dodaq boyası üçün ilk öncə dodaqlarınızı tanımalısınız.

Əgər incə dodaqlara sahibsinizsə,

Dodaq cizgilərinizin xaricinə dodaq qələmi ilə bir xətt çəkin. Dodaq qələmi ilə eyni rəngdə bir pomada ilə içini doldurun. Açıq rəngli işıltılı pomada və parladıcılardan istifadə edin.

Əgər dodağınızın alt hissəsi incədirsə,

Alt dodağınızın xaricindən dodaq qələmi ilə bir xətt çəkərək alt dodağınızla, üst dodağınızı eyniləşdirin. Dodaq qələmi ilə bənzər rəngdə bir pomada ilə içini doldurun. Alt dodağınıza açıq və parlaq rəngdə bir dodaq boyası, üst dodağınıza isə bir ton bağlı rəng tətbiq edin.

Əgər dodağınızın üst hissəsi incədirsə,

Üst dodağınızın ətrafına dodaq qələmi ilə bir xətt çəkərək ,alt dodağınızla eyniləşdirin. Dodaq qələmi ilə bənzər rəngdə bir dodaq boyası ilə içini doldurun. Üst dodağınıza açıq və parlaq, alt dodağınıza isə üst dodağınıza tətbiq etdiyiniz rəngin bir ton bağlısını vurun.

Əgər dolğun dodaqlara sahibsinizsə,

Dəri rənginizə uyğun bir tonal krem ilə dodaq xəttinizi yumşaldın. Dodaq ətrafında, dodaq qələmi ilə bir çərçivə yaradın. Dodaq qələmi ilə bənzər rəngdə bir pomada ilə çərçivənin içini doldurun. Tünd rəngli, mat pomadalardan istifadə edin.

 

 

Buna da baxın

Makiyajda yol verilən 10 səhv

Whatsapp ilə PaylaşHəddən artıq bağlayıcı istifadə etmək Bağlayıcı tonunu səhv seçmək və çox istifadə etmə, …