Əsas səhifə / Əsas menu / Gözəllik / Doğru ənlik rəngini təyin edən qayda
Bizi mobildən daha sürətli  izləyin

Doğru ənlik rəngini təyin edən qayda

j

Makiyaj edərkən diqqət yetirməniz lazım olan əhəmiyyətli nöqtələrdən biri də ənlik istifadəsidir.

Ənlik istifadə edərkən diqqət yetirməniz lazım olan ən əhəmiyyətli detal; üzünüzün ənlik sürdükdən sonra idmandan çıxmış və yanaqlarınız qızarmış kimi görünməməlidir. Yaxşı doğru ənlik rəngini necə seçəcəksiniz?

Yanaqlarınıza bir çimdik atın və orada necə bir rəng meydana gəlir ona baxın! Yaranan rəng sizin təbii ənlik rənginizdir!

Dəri rənginiz də ənlik seçiminizə əhəmiyyətli ölçüdə təsir edir. Soyuq dəri qrupuna sahibsinizsə, çəhrayı və gül qurusu tonlarını seçməlisiniz. İsti dəri qrupuna sahibsinizsə narıncı, mərcan, şaftalı tonları üzünüzə ən yaxşı rəngi verəcək.

Əgər ənliyiniz krem tiplidirsə, onda istifadə etmək üçün barmaq uclarından və ya kosmetik süngərdən istifadə edin. Əgər pudra ənlik seçmisinizsə, onda orta boy bir fırçadan istifadə edilməlidir. Satışdakı ənliklərin üzərindəki fırçalar istifadəyə yararlı deyil. Həmin fırçalar kiçik olduğundan rahat yaymaq üçün əlverişli deyildir.

Üz quruluşunuza görə ənlik çəkin!

Üzünüzdə bəyənmədiyiniz nöqtələri ənlik köməyi ilə bir neçə saatlığına yox etmək mümkündür. Əgər burnunuzun böyük olduğunu düşünürsünüzsə, onda burnun kənarlarına torpaq və qəhvə rəngli tonlarda ənlikdən istifadə edərək, burnunuza incə görünüş qazandıra bilərsiniz.

Ənlik istifadə edərkən əsas meyarlardan biri, fırçanı ənlikə vurduqdan sonra üfləməkdir. Belə olan halda fırçadakı artıqlar itəcək və daha gözəl görüntü əldə edəcəksiniz!