Əsas səhifə / Əsas menu / Sağlamlıq / Hamiləlik / Doğuma gedərkən çantada nələr olmalıdır?!
Bizi mobildən daha sürətli  izləyin

Doğuma gedərkən çantada nələr olmalıdır?!

Pregnant woman packing baby clothes

Doğuma gedərkən aparmalı olduğunuz bir çox şey vardır.

Bunları son ana saxlamaq, sizin üçün böyük bir təlaşa və gərginliyə səbəb ola bilər. Bu səbəblə doğum çantanızı xəstəxanaya getməmişdın  aylar əvvəl hazırlamağa başlamalısınız. Həm aparmalı olduqlarınızı yaddan çıxarmazsınız, həm də boş həyəcan yaşamazsınız. Qadinklubu.com lazımlı vəsaitlərin siyahısını sizlərə təqdim edir.

Doğuma gedərkən xəstəxana çantasında olması lazım olanlar:

1- İlk olaraq orada rahatlıqla geyinə biləcəyiniz  ən az 1 ədəd gecəlik olmalıdır.

2-  Çoxlu sayda alt paltarları və qalın corabları da unutmayın.

3- Xəstəxana otağında geyinmək  üçün bir cüt rahat başmaq ( tərlik) çox əhəmiyyətlidir.

4- Xəstəxana otaqlarında olub-olmamaq ehtimalını nəzərə alaraq, bir qalın  ədyal və bir  ədəd yataq örtüyü də çantanıza qoya bilərsiniz.

5- Büstqalter  olaraq əmizdirmək üçün uyğun olan  büstqalterləri seçim etməlisiniz.

6- Doğumdan sonra meydana gələ biləcək qanamalar  üçün yanınıza mütləq paket aparmalısınız.

7- Körpənizin sinənizi daha yaxşı əmə bilməsi üçün sinə üçün silikonu, sinənizin yumşalması üçün sinə kreminizi və südünüzün çatmadığı vəziyyətlər üçün yemək hazırlamaq üçün əmzikli butulka və əmzik gətirməyi unutmayın.

8- Saç sancaqınızı, makiyaj vəsaitlərinizi və fotoşəkil çəkdirərkən istifadə edəcəyiniz xüsusi gecə geyiminizi  də yanınızda saxlamalısınız.

9- Şəxsi baxımınızı təmin etməniz üçün isə diş pastası – daraq – sabun – kiçik bir şampun – üz kremi – ətir – kiçik  saç qurutma maşınını da çantanıza qoymalısınız.

10- Körpəniz üçün isə yeni doğulan dəsti olaraq satılan körpə dəstlərindən  ən az iki ədəd qoymalısınız.

11- Körpəniz üçün ən az iki dənə qalın ədyal xəstəxana çıxışı üçün lazım olacaq.

 

Buna da baxın

Aksessuarları üz formasına görə seçin

Whatsapp ilə Paylaş Yumru üz Əgər dairəvi bir üz formasına sahibsinizsə, diqqət çəkən, bəzəkli, sallanan …