Əsas səhifə / Əsas menu / Ana və uşaq / Doğumdan sonra bədənə qulluq
Bizi mobildən daha sürətli  izləyin

Doğumdan sonra bədənə qulluq

h

Doğumdan sonra bədənə qulluq

Doğumdan sonra postnatal qulluq

Bədəniniz möhtəşəm bir iş gördü və indi o çoxlu sağalma və bərpa işləri görməlidir. Təbii və ya qeysəriyyə yolu ilə doğum etməyinizdən asılı olmayaraq növbəti 6-12 həftələr ərzində siz özünüzə yağşı qulluqgöstərməlisiniz. Doğumdan sonrakı ilk 6 həftə postnatal dövrdür. Bu dövrdə bədəniniz hamiləlikdən əvvəlki halına qayıtması üçün çoxlu iş görəcək. Aşağıda doğumdan sonra anaların tez-tez verdiyi suallar verilmişdir.

Doğuşdan sonrakı ağrılar nələrdir və onlar nə qədər davam edir?

Doğuşdan sonrakı ağrılar uşaqlıqdan qanaxmanın qarşısını almaq üçün uşaqlıq daralmasındakı əzələr səbəbindən baş verir. Bu əzələlərin daralması, həmçinin, uşaqlığınızın çanağa doğru geri qayıtmasına kömək edir. Bəzi qadınlar bu ağrıların sancılar kimi ağır olduğunu bildirirlər.

Doğuşdan sonra ağrıları yaşayacağınız vaxt hər kəs üçün fərqli olur, lakin onlar 1 həftədən sonra əhəmiyyətli dərəcədə azalacaqlar. Lakin, uşaqlığınızdakı daimi və toxunuşa həssas ağrı ginekoloq və ya mamaçanız tərəfindən araşdırılmalıdır.

Doğuşdan sonra qanaxma

Təbii və ya qeysəriyyə üsulu ilə doğuşdan asılı olmayaraq, uşaq doğulandan sonra uşaqlıq yolunda qanaxma adi haldır. Doğumdan sonra qanaxmanıza nəzarət etməyiniz vacibdir. Hər qadının fərqli olmasına baxmayaraq, tədricən, rəngi qəhvəyiyə çevrilməklə qanaxma hər gün daha az olmalıdır, (adətən menstruasiyanın sonu).
Əgər sizdə daha ağır şəkildə qanaxma başlayırsa, böyük qan laxtası varsa və qanaxma ağırlaşırsa və ya qanaxmanızın qeyri-adi qoxusu olduğunu düşünürsünüzsə siz məsləhət üçün xəstəxananızla və ya həkiminizlə əlaqə saxlamalısınız. Qanaxma adətə 6 həftə sonra dayanır, lakin bəzi qadınlar qanaxmanın 12 həftəyə qədər davam etdiyini bildirirlər. Uşaqlığınızın çanağa doğru qayıtması 12 həftəyə qədər vaxt alacaq.

Doğumdan sonra tikişlərə qulluq

Əgər ayaq aralığınızda tikişlər varsa, onlara ehtiyatlı qulluq lazımdır. Tikişlər adətən itir. Bu təxminən 2 həftə vaxt aparır. Bezinizi müntəzəm olaraq dəyişin və həmin sahəni hər dəfə bezinizi dəyişəndən sonra və ya ayaq yolunu istifadə etdikdən sonra təmiz su ilə yuyun. Əgər siz vanna və ya duş qəbul edirsinizsə, yalnız su istifadə edin. Duş qeli və ya hər hansı vanna məhsullarını həmin nahiyədə istifadə etməyin, çünki onlar tikişlərin erkən itməsinə səbəb ola bilərlər. Güzgüdən istifadə edərək tikişlərinizin infeksiyaya yoluxmadığını gündəlik yoxlayın. Əgər tikişlərinizdən narahatsınızsa, onları həkiminiz yoxlamasını təmin edin.

Əgər sizdə qeysəriyyə əməliyatı olubsa, yaranı gündə ən azı iki dəfə yalnız su ilə təmizləyin. Güzgü istifadə edərək, müntəzəm olaraq infeksiya olub-olmadığını yoxlayın. Əgər qəribə hal görsəniz və ya yaranın düzgün sağalmadığını hiss etsəniz (nümunə olaraq, hər hansı bir hissədə ayrılmağa başlaması, toxunanda yandırması və ya yara ətrafında qızartı) həkiminizə göstərin.

Doğumdan sonra yorğunluq və naxoşluq

Doğumdan sonra yorğun və naxoş hiss etmək normaldır. Doğum bədəninizin bütün əzələlərini istifadə edir. Doğumdan sonra hormon səviyyəniz aşağı düşərək hamilə olduğunuz dövrdə boşalmış oynaq bağlarınızın yenidən bərkiməyə başlamasına səbəb olur ki, bu da sizi hərəkətsiz hiss etdirir. Həmçinin, siz bir neçə günlük doğum sancıları hiss edə bilərsiniz. Buna görə də yuxusuz qala bilərsiniz. Ən yaxşı məsləhət, istirahət əldə etmək üçün körpəniz yatdığı vaxt sizin də yatmağınızdır.

Buna da baxın

Ölkədə yayılan yeni qripi bircə gündə yox edəcəksiniz….

Whatsapp ilə Paylaş Ölkəmizdə yayılan qrip virusu insanlar arasında ciddi təlaş yaradıb. Hazırda H3N2 adlandırılan …