Əsas səhifə / Əsas menu / Sağlamlıq / Hamiləlik / Doğuş ağrılarını azaldan ən asan orijinal üsul
Bizi mobildən daha sürətli  izləyin

Doğuş ağrılarını azaldan ən asan orijinal üsul

Mantuya şəhərinin (İtaliya) doğuş evlərindən birində çox orijinal eksperiment aparılıb.

Qadinklubu.com-un məlumatına görə, alimlər doğuş zamanı ağrıları azaltmaq üçün yeni üsul axtardıqda belə nəticəyə gəliblər ki, mahnı oxumaq doğuş ağrılarının xeyli azalmasına kömək edir.

Mütəxəssislər qadınlara doğuş sancıları zamanı qışqırmağı deyil, mahnı oxumağı tövsiyə ediblər. Eksperiment müsbət nəticələr verib və qadınlar ağrıların həqiqətən azalmasını qeyd ediblər. Mahnı oxuyan insanın bədənində endorfin (xoşbəxtlik hormonu) hormonlarının səviyyəsi artır ki, bu da ağrıları azaldır və sakitləşməyə kömək edir. Həmçinin mahnı oxumaq əzələləri boşaltmağa kömək edir ki, bu doğuş prosesini asanlaşdırır.

Bundan əvvəl keçirilmiş eksperimentlər göstərib ki, uşağı daha tez sakitləşdirməyin ən tez üsulu ona mahnı oxumaqdır.//sağlamolun.az

Buna da baxın

Gözəllik, sağlıq və uşaqlarınız üçün soda

Whatsapp ilə Paylaş Arıqlamaq üçün, saçlarınız, dişləriniz, tər probleminiz, mədə probleminiz, burun tıxanıqlığı üçün, körpənizin …