Əsas səhifə / Əsas menu / Ana və uşaq / Doğuşdan sonra artıq çəkilərdən xilas olmağın asan və sağlam üsulları
Bizi mobildən daha sürətli  izləyin

Doğuşdan sonra artıq çəkilərdən xilas olmağın asan və sağlam üsulları

Doğuşdan sonra artıq çəkilərdən xilas olmağın asan və sağlam üsullarıDoğuşdan sonra artıq çəkilərdən xilas olmaq problemi yeni anaların ortaq problemidir. Süd verən əmizdirən anaların narahat edici problemləri olan artıq çəkilərdən xilas olmaq üçün xüsusi qaydalara riayət etmək vacibdir. Həm orqanizmin sağlamlığı, həm südün keyfiyyəti və miqdarının artması, həm də artıq çəki almamaqınızı nəzərə alaraq qadinklubu.com sizlərlə bir sıra əhəmiyyətli olan məqamları paylaşır.

Az kalorili pəhrizlərdən uzaq olmalısnız

Maddələr mübadiləsi daha sürətləndi və ana südünün artması üçün bədən orta gündəlik 600- 700 kalorili bir enerji sərf edir. Əmizdirmə zamanı isə enerji serf edildiyinə və süd istehsalı üçün ananın yağ toxuması istifadə edildiyindən daha asan çəki itirərlər. Bu dövrdə çox sürətli çəki azaldan, çox aşağı kalorili diyetlər əmizdirən analar üçün uyğun deyil. Yəni ananın bu kiloları itirməsi üçün ac qalmasına və qeyri-sağlam qidalanaraq pəhriz saxlamasına  ehtiyac yoxdur. Ananın yediyi və yemədiyi hər şey südün keyfiyyətinə təsir edir. Sağlam qidalanma proqramı ananın həm öz bədəni, həm də südünə mənfi  təsir etməyəcək şəkildə təşkil edilməlidir.

Altıncı aydan sonra kilo vermək başlanmalıdır

İlk altı ay ananın körpəsini yalnız ana südü ilə bəsləməsi səbəbi ilə pəhriz altıncı  ayın sonunda başlaya bilər. Altıncı aydan sonra ancaq əlavə qidalara başladıqdan sonra həftədə yarım kilo veriləcək şəkildə sağlam bəslənmə nəzərə alınaraq hazırlanan bəslənmə müddəti əhəmiyyətlidir. Ananın sağlam qidalanmaq proqramını doğum sonrasında təyin etməsi və mütəxəssis nəzarətində  olması ana üçün olduqca faydalıdır. Bir çox analar südüm az olarsa uşağım yaxşı qidalanmaz, sağlam olmaz qorxusu ilə qeyri-sağlam qidalanaraq artıq kilolar alırlar. Unudulmamalıdır ki, çox yemək deyil lazımlı kalorini təmin edəcək qidalar yemək lazımdır. Əgər normal qidalanmazsanız daha sonra bu çəkilərdən xilas olmaq da bir o qədər çətinləşəcəkdir. Məhz bu səbəbdən mütəxəssis rəyinə ehtiyac vardır.

 

 

Maddələr mübadiləsi əmizdirmə dövründə sürətli çalışır və bu dövr ananın sağlamlığı üçün əhəmiyyətlidir. Digər əhəmiyyətli mövzu isə döş xərçəngi riski , sümük əriməsi riski azalır. Bu səbəblə, qadınlara hamiləlik və əmizdirmə üçün  kafi və balanslı bəslənmənin əhəmiyyəti vurgulanmalı, diyetlərindəki fərqliliklərin südlərində  əks olunacağı, bu səbəbdən körpələrin böyümə və inkişafına təsir edəcəyi mövzusunda təhsil almaqları lazımdır. Əmizdirən qadınlarda enerji ehtiyacı hesablanarkən fiziki fəaliyyəti, qidalanması, nəzərə alınaraq enerji ehtiyacına görə pəhriz təşkil edilməlidir. 1800 kaloridən az diyetlər saxlanmamalıdır. Zəifləmək üçün südünüzdən imtina etməyin. Ana südünün körpənizin ilk peyvəndi olduğunu unutmayın və körpənizi qorumaq üçün onu mümkün olduqca ana südü ilə bəsləməyə çalışın. “

Buna da baxın

Yayda orqanizmi təmizləyən ən yaxşı üsullar

Whatsapp ilə Paylaş Yay orqanizmin ziyanlı maddələrdən təmizlənməsi və sağlamlığın bərpası üçün ən yaxşı vaxtdır. …

Bir şərh

  1. “P-MON” NITQ VE INKISAF MERKEZI ELAN EDIR :

    EZIZ VALIDEYNLER!!!
    Mektebeqeder ve ya mektebli yasinda olan ovladiniz sozleri dogru teleffus etmirse , sozleri teleffus eden zaman kekeleyirse , vaxt itirmeden bize muraciet edin. Loopedik qusurlar tecrubeli mutexessislerimiz (Loqopedler) terefinden aradan qaldirilacaq.
    Qiymetlerimiz cox munasibdir : ( 1 Seans=20 AZN )

    Loqopedik mesgele;
    Artikulyasiya gimnastikasi (dil, dodaq, çene, yanaq ) ;
    Massaj (dil, dodaq, uz, el ) ;
    Luget ehtiyyatinin zenginlesdirilmesi ;
    Cumle qurmaq verdislerini formalasdirmaq ;
    Rabiteli nitqin inkisafi ;
    Duzgun ve selist danisiq ;
    Nitq oyunlari ;
    Loqopedik ritmika ;

    Fonetik ve fonematik inkisafdan qalmanin aradan qaldirilmasi ;

    “P- MON” NITQ VE INKISAF MERKEZI
    e-mail: p-mon@inbox.ru
    Tel: (+99470) 866 89 99