Əsas səhifə / Əsas menu / Gözəllik / Doğuşdan sonra dəri çatlarından qurtulmağın ən asan yolu
Bizi mobildən daha sürətli  izləyin

Doğuşdan sonra dəri çatlarından qurtulmağın ən asan yolu

azDoğuşdan sonra dəri çatlarından qurtulmağın ən asan yolu

Ana olmaq sözsüz ki, dünyanın ən gözəl hisslərindən biridir. Amma hamiləlik dövründə dəridə, dişlərdə olan dəyişiklik qadınları çox narahat edir. Bəs bu problemlərin, əsas da çatların yaranmaması və bundan xilas olmaq üçün nə etmək lazımdır?

Hamiləlik dövründə çəki artıqca, dəri dartıldıqca, dəriyə çatlar düşür. Yaxşı olardı bu dönəmdə qarına, sinəyə, ombaya, budlara, bel nahiyyəsinə təbii yağlardan çəkilsin ki, sonra izləri qalmasın. Xüsusilə yemək sonrası qarına çəkilməlidir. Yox, bu cür tədbirlər görülməyibsə, çatlar yaranıbsa, dediklərimizi mütləq edin.

Doğuş sonrası çatlar üçün

Badam, kakao, ərik, zeytun və çörəkotu yağı – Hərəsindən 1x.q götürün, qarışdırın, çatlar olan nahiyələrə sürtün.

Dəri çatları üçün

1. Kakao, qliserin və kətan yağı birə-bir nisbətdə qarışdırılır. Çatlayan, quruyan bölgələrə sürtülür.

2. Badam, saf zeytun və çörəkotu yağı birə-bir nisbətdə qarışdırılır, dəriyə çəkilir.

3. Kantaron, ərik və melissa yağı birə-bir nisbətdə qarışdırılır, dəriyə çəkilir.

Hamiləlikdə üz maskası

Səhər-axşam, gülxətmi yarpağı və çiçəyinin dəmləməsi ilə yuyun (bir fincana üç çimdik).

Doğuş ləkələri üçün

1 ç.q darçın

1 ç.q zəncəfil

1 yumurta ağı

Hər üçü təmiz qabda yaxşıca qarışdırılır. Ləkəli bölgələrə hər gün sürtülür.

Hamilələr qarın çatlamasının qarşısını almaq üçün alma və badam yağını eyni miqdarda qarışdırıb hər gün yüngülcə çəkməlidir.

Eyni miqdarda badam, yerkökü, buğda və kakao yağını qarışdırıb üzərinə 1 limon qabığını rəndələyin, qarışığı bədəninizə sürtün.

Çiyələk və küncüt yağını da eyni miqdarda qarışdırıb hər gün qarın bölgəsinə sürtmək lazımdı.

QEYD: Doğuş defektləri daha çox ilk 1 il ərzində müalicə edilməlidir.


Buna da baxın

Evinizdəki bu alətlər sonsuzluğa səbəb olur

Whatsapp ilə Paylaş Uşaq sahibi olmamağınıza səbəb evinizdə istifadə etdiyiniz texniki avadanlıqlar ola bilər. Ayrı-ayrılıqda …