Əsas səhifə / Əsas menu / Ana və uşaq / Doğuşdan sonra saçların tökülməsi
Bizi mobildən daha sürətli  izləyin

Doğuşdan sonra saçların tökülməsi

1365184390-385

Doğuşdan sonra saçların tökülməsi

Doğuşdan sonra qadınların bir çox hissəsi saçların intensiv şəkildə tökülməsi ilə üzləşir.
Bu qadının orqanizmində baş verən güclü hormonal dəyişikliklərlə bağlıdır. Adətən saçlar doğuşdan 3-6 ay sonra tökülməyə başlayır və bu bütün əmizdirmə dövrü ərzində davam edir.
Lakin bundan qorxmaq lazım deyil. Əksər qadınlarda saçlar bir müddətdən sonra tam bərpa olunur. Məsələ burasındadır ki, qadın hormonları qadınları keçəlləşmədən qoruyur. Bu səbəbdən keçəlləşməyə qadınlar arasında kişilərlə müqayisədə çox nadir hallarda rast gəlinir. Bu təbiətin qanunudur. Lakin saçların daha tez bərpa olunması üçün qadın bəzi tövsiyələrə əməl etməlidir.

– Əmizdirən analar üçün xüsusi vitamin-mineral kompleksləri mövcuddur ki, bu komplekslərin tərkibinə, o cümlədən, saçların sağlamlığı üçün vacib olan maddələr daxildir.

– Sağlam tamdəyərli qidalanma da olduqca vacibdir. Bir çox hallarda uşağa baxımla məşğul olan cavan ana qidalanmasına fikir vermir, vaxtında qidalanmır. Bu qəti şəkildə yolverilməzdir. İlk növbədə bu qadının ümumi səhhəti üçün ziyanlıdır. Digər tərəfdən orqanizmdə lazım olan vitamin və mikroelementlərin çatışmazlığı ilk növbədə dəri və saçların vəziyyətinə təsir edir. Orqanizm əsas orqan və sistemləri vacib maddələrlə təmin etməyə çalışır, dəri, saçlar, dırnaqlar isə belə vəziyyətdə arxa plana çəkilir.

– Saçları yuduqda balzamdan istifadə etməyin. Balzam saçların tökülməsini gücləndirə bilər. Saçları möhkəmləndirən xüsusi maskalardan istifadə etmək olar. Fen, saç ütüsü, saçların boyanması, burulması bu dövr ərzində əks-göstərişdir.

– Xalq təbabətində tökülən saçların bərpası üçün müxtəlif effektli vasitələr var. Gənəgərçək və ayıpəncəsi yağları ilə saç maskaları, saçların gicitkən, pıtraq dəmləmələri ilə yaxalanması və s. çox yaxşı effekt verir.//sağlamolun.az

Buna da baxın

Əzələ ağrılarını, revmatizmanı sağaldır, gözəlləşdirir, arıqladır…

Whatsapp ilə Paylaş Latınca adı Laurus nobilis olan dəfnə ölkəmizdə Aralıq dənizi Dəfnəsi olaraq da …