Əsas səhifə / Manşet / Dolma bişirməyin hiylələri
Bizi mobildən daha sürətli  izləyin

Dolma bişirməyin hiylələri

g

Dolmanı bişirərkən düyünü əvvəlcə isti suda yaxalayanda düyü dolmada yaxşı bişir və daha yaxşı şişir.
Dolmanın ətinə soğan, göyərti, quyruq, düyü vurmağa xəsislik etməyəndə dolmanın əti yumşaq olur.

Həmçinin dolmanı bükərkən bərk-bərk bükmək lazım deyil. Əksinə çox kip bükülən dolmada düyü bişib şişməyə yer tapmayacaq. Bu zaman dolma bərk alınacaq.

Dolmanı bişməyə qoyarkən qaynar və azca duzlu su tökmək lazımdı. Onda ət bişərkən kəfi çıxmayacaq.

Bundan başqa dolmanı bişməyə qoyarkən dərhal su tökmək lazım deyil. Yanında dayanıb 3 dəqiqə orta odda saxlamaq lazımdır. Onda yarpaqlar etə kip yapışacaq. Bişən zaman açılmayacaq.
Dolmanı əvvəlcə azca qaynadıb yağa düsdükdə isə çox vam odda bişirmək lazımdı.

Türklər isə dolmaya azca limon əlavə edirlər. Bu rənginin təravətli olması üçündür.

Dolma bişdikdən sonra üzərində azca zeytun yağı və digər bir duru yağ gəzdirsəz dolmalar parıldayacaq.

Rənginin daha yaxsı olması üçün soyuyarkən qazanı yarım açıq buraxmaq lazımdır.

Dolma yarpaqlarının bişərkən qurmaması üçün üzərini yarpaqlarla örtməyi, açılmaması üçün isə üzərinə nəlbəki çevirməyi də unutamayın.

Müəllif: Səma Abiyeva

Buna da baxın

Göbələk dolması

Whatsapp ilə Paylaş Göbələk dolması Lazım olan ərzaqlar: 500 qr göbələk 500 qr qoyun əti …