Bizi mobildən daha sürətli  izləyin

Dondurma tortu

h
Havaların isinməsi ilə bağlı olaraq sərin qidalara daha çox meyil edirik. Onların içərisində ən çox maraq göstərilən qıda dondurmadır.

Qadınklubu.com-un bu dəfə təqdim etdiyi  dondurma tortunun özəlliyi var. Yumurta bişir və qaymaqla hazırlanır:

Tərkibi:

1 qutu qaymaq (33%-480qr)

4 iri yumurta sarısı

1 st süd
1 st şəkər
Zövgə görə vanil (əzilmiş çiyələk, banan, şokolad, qoz da əlavə etmək olar).

Hazırlanması:

Yumurta sarısını şəkərlə çalıb südü əlavə edib 4 dəqiqə qatlaşana qədər bişirin. Soyuq qaymağı isə qatılaşanadək çalıb az-az soyuyan yumurtalı kütləyə əlavə edib qaşıqla qarışdırıb soyuducunun buz dolabına qoyun. 40 dəqiqə keçəndən sonra çıxardıb mikserlə 2-3 dəqiqə yenidən çalın.

Dondurmalı tortun altı hissəsi sadə biskivitdən ibarət olur.

Biskivit üçün 1 yumurta, 1/4 st şəkər, 1/4 st un, 1 çq kakao gedir.

Yığılma qaydası:

Biskvit tam soyuduqdan sonra, istəsəniz islada da bilərsiniz (islatma 0,5 st südlü neskafe ilə də ola bilər)
Biskivit hazır olduqdan sonra yumuşaq formada olan hazırladığınız dondurmanı töküb forma verib soyducunun buzluğuna qoyun. 1 gecə soyuducuda saxlayın. Dondurmalı tortunuz hazırdır..

Servis etmədən 30 dəqiqə əvvəl buzluqdan çıxarıb istədiyiniz kimi bəzəyə bilərsiniz.

Buna da baxın

Tort üçün ideal biskvitin hazırlanma qaydası

Whatsapp ilə Paylaş Tərkibi: -5 yumurta -1 st. şəkər tozu -1 st. un -vanil Hazırlanması: …

2 Şərhlər

  1. hazirladiqim tortu bawqa sehifede gormek menim ucun xow oldu ancaq ozune hormet eden saytlar adimi(ve ya nik name)qeyd edirler,sizde ise bunu gormedim Samira.Halalliq yaxwi weydi-cuzi 1 copde bele.

  2. Niye oqurluq edirsiz?Bunu menim bacim hazirlayib.Hec olmasa derc edende adini qeyd edin.Olmaz axi bele,emeye hormet lazimdi axi Samira.