Əsas səhifə / Manşet / Donma – İlk yardım
Bizi mobildən daha sürətli  izləyin

Donma – İlk yardım

donma

Donma mənfi temperaturun təsirindən toxumalarda iltihab və nekrotik dəyişikliklərin əmələ gəlməsidir.

Donmanın əmələ gəlməsinin əsas səbəbi bədən dərisinin yaş və ya nəm, ayaqqabıların dar olması, küləyin hərəkət edən şəxsin üzünə doğru əsməsi və s. ola bilər. Donma zamanı qan dövranı, toxumaların qanla təmin olunması pozulur və toxumaların ölümü baş verir.

Donma ən çox aşağı və yuxarı ətraf barmaqlarında təsadüf olunur. Bu, bütün donmaların 90-95%-ni təşkil edir.

Zədələnmənin dərinliyinə görə donmanın 4 dərəcəsi vardır:

1-ci dərəcəli donma qaşınma və yandırıcı ağrı ilə müsaiyət olunur. Dəri səthləri avazıyır, şişir, hissiyatı azalır və ya tam itir. Donmuş nahiyyəni qızdırdıqdan sonra dəri göy-qırmızı rəngində olur, şiş çoxalır və küt ağrılar müşahidə olunur

(şiş, qızartı və ağrı) bir neçə gündən sonra tədricən keçib gedir. Donma nahiyyəsində dəri qabıq verir, qaşınır və soyuğa qarşı çox həssas olur.

2-ci dərəcəli donmada dəri səthinin yuxarı təbəqəsində nekrozlaşma baş verir. Avazımış dəri səthlərini qızdırdıqdan sonra dəri qırmızı-göy rəng alır, toxumaların şişi inkişaf edir və donma nahiyyəsindən kənara çıxır, suluqlar əmələ gəlir. Zədələnmə nahiyyəsində qan dövranı çox gec bərpa olunur. Hissiyatın pozulması uzun müddət qalır, lakin ağrılar müşahidə olunur. Bədənin temperaturu artır, üşütmə, iştahın və yuxunun pozulması baş verir. Əgər infeksiya qoşulmursa, onda zədələnmə nahiyyəsində nekrozlaşmış dəri təbəqələri qopur və bu 10-15 gün çəkir. Həmin nahiyyədə dəri səthi uzun müddət göyərmiş qalır, hissiyyat isə azalır.

3-cü dərəcəli donmada qan dövranının pozulması nəticəsində damarlarda qan laxtası əmələ gəlir, bu isə bütün dərinin və yumşaq toxumaların nekrozuna (toxuma ölümünə) gətirib çıxarır. İlk günlərdə dəri səthlərinin nekrozu müşahidə olunur, suluqlar əmələ gəlir, onların içərisində tünd qırmızı və ya tünd boz rəngində maye olur. Nekrozlaşmış sahənin ətrafında iltihablaşma əmələ gəlir. Dərində yerləşən toxumaların zədələnməsi özünü 3-5 gün sonra nəm qanqrena şəklində biruzə verir. Toxumalar tamamilə hissiyyatlarını itirir, lakin kəskin ağrılar baş verir. İntoksikasiya halları (zəhərlənmə), şiddətli üşütmə və tərləmə özünü göstərir, xəstənin vəziyyəti pisləşir və ətraf mühitə heç bir maraq göstərmir.

4-cü dərəcəli donma bütün toxuma təbəqələrin və sümüyün nekrozlaşması ilə xarakterizə olunur. 4-cü dərəcəli donmada zədələnmiş nahiyyəni isitmək qeyri-mümkün olur. Həmin nahiyyə soyuq qalır və tamamilə hissiyyatını itirir. Dəri səthi qara maye ilə dolu suluqlarla örtülür. Zədələnmə sərhədi çox gec aşkar olunur. Zədələnmiş nahiyyə tezliklə qaralıb qurumağa başlayır. Yarada bərpaedici proseslər ləngiyir, sonra çapıq toxuması əmələ gəlir. Bu dövrdə xəstənin ümumi vəziyyəti kəskin pisləşir, daimi xarakter daşıyan ağrılar və intoksikasiya onu üzür, qanın tərkibini dəyişir və digər xəstəliklərə çox həssas olurlar.

İlk yardım:

Donmuş şəxsi təcili olaraq soyuq travmanın təsirindən qurtarmaq lazımdır. İlk yardım məqsədi ilə isti vanna edib, qan dövranını bərpa etmək olar. Vannadakı suyun temperaturu 12-30 S-dən yüksək olmamalıdır. Tədricən (20-25 dəqiqə ərzində) vannadakı suyun temperaturunu 36-40 S-yə çatdırmaq olar. Vannada xəstənin donmuş nahiyyəsi ətraflardan mərkəzə doğru qan dövranı bərpa olunanadək massaj edilməlidir. Sonra ətraf spirtlə silinir, aseptik sarğı ilə sarınır və qaldırıcı vəziyyət verilir. 3-cü və 4-cü dərəcəli donmalarda həkimə müraciət olunmalıdır. Əzələ və ya vena daxilinə dərmanlar təyin olunur, əzələ daxilinə tetenus əleyhinə serum vurulur. Xəstəyə isti çay, qəhvə(kofe) və xörəklər verilir, antibiotiklər təyin olunur. 5-7 günə qədər donmanın dərəcələri aşkar olunmağa başlayır.

Buna da baxın

Diş, sümük, dırnaq problemləri olanlara

Whatsapp ilə PaylaşHerpes uçuqları tək dodaq nahiyyəsindən deyil, burun kənarlarından da çıxır. Bu infeksiya hətta …