Əsas səhifə / Manşet / Döş xərçəngi ilə necə mübarizə aparmalı…
Bizi mobildən daha sürətli  izləyin

Döş xərçəngi ilə necə mübarizə aparmalı…

kj

Gözlənilmədən qapını çalan döş xərçəngi şəxsin həm özünü, həm də ailəsini dərindən sarsıdan bir xəstəlikdir.

Son illərdə daha sıx rastlanan bu xəstəliyin müalicəsində də uğurlara rast gəlinir. Amma bir çox mütəxəssisin də təsdiqlədiyi kimi, bu xəsəliyin müalicəsi ilk öncə şəxsin özündən asılıdır.

Acıbadem Məslək Xəstəxanasından Mütəxəssis – Psixoloq, Psixo-Onkolog Esra Başöz döş xərçəngi ilə mübarizədə müalicə müddətinin çətinləşməməsi və xəstənin həyatının neqativ olmaması üçün əhval-ruhiyyənin əhəmiyyətli olmasını vurğulayaraq, böyük təsirinin olduğunu söylüyür.

Duyğularınızı paylaşın

Xəstələrin duyğularını yaxınları ilə paylaşması çox önəmlidir. Duyğularını ifadə etmək insanları çox rahatlaşdırır, xəstəliyi qəbul etməyinə kömək olur və neqativ fikirlərlə mübarizə apara bilməsini asanlaşdırır. Yaxınlarınızdan başqa bu xəstəliyin daşıyıcısı olan hər hansısa bir şəxslə də fikir mübadiləsi etmək çox faydalıdır.

İstəklərinizə qulaq asın

Döş xərçəngi xəstələri həkimlərinin və fiziki sağlamlıqlarının icazə verdiyi təqdirdə xəstəlikdən öncəki həyatlarını və alışqanlıqlarını davam etdirməlidirlər. Xəstəlik psixologiyasına düşüb həyatdan uzaqlaşsalar depressiyaya düşmək ehtimalları daha yüksək olar. Mələn işini sevən şəxslər öz işlərinə davam edərlərsə, bu çətin mərhələni daha rahat keçərlər. Həyata bərk-bərk sarılmaq bu xəstəliklə mübarizədə böyük əhəmiyyət kəsb edir.

Əsəbinizi ifadə edin

Əsəbinizi ifadəetməyiniz çox önəmlidir. Əsəbləşdiyinizdə susmaq həm fiziki həm də psixoloji baxımdan bu xəstəlik daşıyıcılarına pis təsir edir. Əsəbinizi ürəyinizdə saxlamağınız həmin neqativi özünüzə qaytarmağınız deməkdir.

Sağlam qidalanın

Müntəzəm olaraq və sağlıqlı qidalanmaq təbii ki sağlamlıqda böyük rol oynuyur. Mümükün qədər mövsüm meyvə və tərəvələrindən çox istifadə, hazır qidalardan imtina edilməsi xəstənin enerjisini artıraraq müalicədə daha yaxşı nəticələrə səbəb olar.

Əvvəlcə “MƏN” deməyi öyrənin

Əvvəlcə “mən” deyə bilməyi bacarmalısınız. Ətrafınızdakılara zərər verməyəcəksə, özünüzü düşünmək eqaistlik mənasına gəlməz. Bir qadın xoşbəxt deyilsə ətrafındakıları da xoşbəxt edə bilməz.

İdmanla məşğul olun

İdmanla məşğul olmaq insanı həm rahatladır, həm də xoşbəxt edir. Döş xərçəngi daşıyıcıları olan qadınlar həkimlərinin icazəsi ilə idmanı haytalarına daxil etməlidirlər. Yaşadıqları streslə mübarizə aparmaqda idmandan yararlana bilərlər.

Özünüzə hobbi seçin

Hər hansısa bir işlə məşğul olduğu müddətdə insan yaşadığı problemləri bir müddətlik də olsa düşünməyi unudar. Bir hobbisi olan şəxs həmin işə bütün fikrini yönəldir. Bu vəziyyət insanı rahatlaşdıran bir ünsürdür. Müalicə müddətində xəstənin hobbi ilə məşğulolması onun xoşbəxt olmasına səbəb olacaq.

Sağlıq müayinənizi təxirə salmayın

Bir çox döş xərçəngi xəstələri müalicə müddətində yaşadıqları neqativliyi unutmaq, bir müddətdə olsa bu mövzudan uzaq qala bilmək üçün müayinəyə getməyi təxirə salırlar. Müalicəsi qurtarmış, sağalmış xəstələrin belə müntəzəm olaraq müayinəyə getməlidir. Hər bir qadın heç bir problem olmasa belə ildə bir dəfə genokloq müayinəsinə getməlidir.

Siqaretdən imtina edin

Siqaret Xərçəngə səbəb ola biləcək maddələrin daşıyıcısı olduğu elm tərəfindən təsdiqlənmişdir. Çəkilən hər bir siqaret insanı xərçəngə bir addım daha yaxınlaşdırır. Xərçəngin yeni təkrarlanmaması üçün və daha sağlam olmağınız üçün siqaretdən imtina etməlisiniz.

Psixoloji dəstək alın

Müalicə müddətində xəstələr yaşadıqları streslə mübarizə aparmaqda çətinlik çərirlərsə, özlərini daima bədbəxt, qəmgin hiss edirlərsə, yuxuları pozulmuşsa və ya əsəblərini cilovlaya bilmirlərsə bir prsixoloqdan dəstək almalıdırlar. Ən güclü qadınları belə bədbinliyə çəkən döş xərçəngi xəstəliyi, həssas qadınlar üçün daha da çətin keçir. Ona görədəbir psixoloq məsləhətindən yararlanın. Unutmayın ki, istənilən insanın həyatının çətin anlarında psixoloqa ehtiyacı ola bilər.
Qadınklubu.com

Buna da baxın

Bağırsaqlarınızın vəziyyəti necədir?

Whatsapp ilə Paylaş Bu testi səhər oyandığınızda mütləq edin! Bağırsaqlarınızda Candida göbəliyinin olub-olmasını evdə edə …