Əsas səhifə / Əsas menu / Ana və uşaq / Döşlərinizin biri digərindən kiçikdirsə…
Bizi mobildən daha sürətli  izləyin

Döşlərinizin biri digərindən kiçikdirsə…

rrDöşlərinizin biri digərindən kiçikdirsə…

Süd vəzləri qadın dölyaratma (reproduktiv) sisteminin bir hissəsi olub uşaqların ana südü ilə qidalandırılması (laktasiya) üçündür. Süd vəzilərinin forması, ölçüləri hər bir qadında fərdi şəkildə olur. Onu da qeyd etmək lazımdır ki, süd vəzinin nə ölçüsü, nə də forması qadının uşağı əmizdirmək qabiliyyətinə heç bir təsir etmir. Vəzilərdən birinin ölçüsü digərindən az dərəcədə kiçikdirsə, bundan qorxmaq lazım deyil – belə asimmetriya normal hal hesab edilir. Bu asimmetriya çox sezildikdə mütləq həkimə müraciət etmək tövsiyə edilir. Qadında süd vəziləri praktik olaraq olmadıqda (kifayət qədər az təsadüf edilən hallardır) bu, yumurtalıqların və uşaqlığın da inkişafdan qaldığına işarədir.

Süd vəzilərinin tam şəkildə inkişaf etməsi ancaq hamiləlik zamanı baş verir. Uşağın əmizdirilməsi başa çatdıqdan sonra isə süd vəzilərinin ölçüləri bir qədər azalsa da, hamiləliyə qədər olan ölçülərdən artıq olur. Süd vəzlərinin vəziyyətinə qadının reproduktiv, endokrin sistemi və digər orqanlarının normal vəziyyətdə olub-olmaması təsir edir. Müxtəlif hormonal pozğunluqlar, qeyri-mütəmadi aybaşı tsiklinin olması, müxtəlif ginekoloji xəstəliklər (uşaqlığın mioması, endometrioz və s.), endokrin vəzilərin funksiyasının müxtəlif pozğunluqları, piylənmə, qaraciyərin funksiyasının pozulması və bu kimi digər xəstəliklər zamanı qadınlar əksər hallarda həkimə süd vəzilərində olan müxtəlif şikayətlərlə müraciət edirlər. Qeyd edilən patologiyalar müalicə edildikdən sonra süd vəzilərindəki pozğunluqlar da adətən keçib getmiş olur. Qadınlar hər zaman süd vəzilərinin vəziyyətinə diqqətlə nəzarət etməlidirlər. Süd vəzilərində ağrıların, düyünlərin olması, süd vəzisi giləsindən istənilən rəngdə olan müxtəlif ifrazatın və ya südün (qadın hamilə olmadıqda və uşaq əmizdirmədikdə) xaric olması və bu kimi digər hallarda qadınlar mütləq şəkildə həkim-ginekoloqa müraciət etməlidirlər.