Əsas səhifə / Əsas menu / Sağlamlıq / Dr. Özdən yuxusuzluq probleminə 4 həll
Bizi mobildən daha sürətli  izləyin

Dr. Özdən yuxusuzluq probleminə 4 həll

eeDr. Özdən yuxusuzluq probleminə 4 həll

Yuxusuzluq necə aradan qaldırılır? Məşhur həkim bunun 4 həllini deyir

Lavanta qoxusunu içinə çəkin

Daha yaxşı bir yuxu üçün gecələri yataq otağında lavanta qoxusundan faydalanmalısınız. Sakitləşdirici təsiri bilinən lavanta, ürək atışlarını yavaşladır və qan təzyiqini aşağı salır. Wesleyan Universitetində edilən bir araşdırmaya görə, yatmazdan əvvəl lavanta yağı iyləyən qadınların 22%nin çox daha asan və rahat yatdığı ortaya çıxarılıb.

Aralıq dənizi pəhrizi tətbiq edin

Göbək yağlanmasının artmasının yuxu apnesine də səbəb olduğunu bilirdinizmi? Europa Respiratory Jurnalının aparığı araşdırmaya görə, yüksək miqdarda meyvə, tam taxıllı yeməklər tərəvəz və balıq ehtiva edən Aralıq dənizi diyeti və gündə 30 dəqiqəlik gediş edən kəslərin yuxu apnesi probleminin düzəldiyi ortaya çıxıb.

Yeməklərinizi doğru seçin

American Journal of Clinical Nutrition (Amerika Klinik Qidalanma Jurnalı) etdiyi araşdırmaya görə, kartof və düyü kimi glisemik indeksi yüksək yeməklərin axşam yeməyində yeyilməsi glisemik indeksi aşağı yeməklərə görə 49% nisbətində yatmağı asanlaşdırır. Glisemik indeksi yüksək yeməklər, bədəndə bir amnion turşu növü olan triprofanın artmasına və yuxunun gəlməsinə səbəb olur.

Dərmanlarınızı nəzərdən keçirin

Yatmazdan əvvəl kafein ehtiva edən içkilər yuxu qaçırır. Ancaq bəzi ağrı kəsici dərmanlar da gecələri yuxusuzluq probleminə səbəb ola bilər. Antidepresanlar, bədəndə serotonin və noradrenalin hormonlarının səviyyələrində artımına səbəb olur. Bu iki hormonun artımı, yuxuya keçişi çətinləşdirir. Əgər aldığınız dərmanların sizdə yuxusuzluq təsiri yaratdığını düşünürsünüzsə, mütləq həkiminizlə məsləhətləşin.


Buna da baxın

Ayaqlarınızda görünən damarlar sizdə kompleks yaradır? – Həkim məsləhəti

Whatsapp ilə Paylaş Varikoz və ya variks nədir? Varikoz, venaların genişlənməsi və şişməsinə deyilir. Ayaqların …