Əsas səhifə / Əsas menu / Köşə / Dünyanı gözəlləşdirmək sizin əlinizdədir!
Bizi mobildən daha sürətli  izləyin

Dünyanı gözəlləşdirmək sizin əlinizdədir!

motivasion

Dünyanın ən böyük filosoflarından Epiktetos əsirlər əvvəl belə deyib: “Tale əvvəl-axır günahlarımızın cəzasını bizə çəkdirir. Görünən ya da görünməyən zaman içərisində hər kəs günahlarının cəzasını çəkir. Əkdiyini biçir. Bunu bilən adam heç kimə hirslənməz, təhqir, ittiham etməz, kin saxlamaz, qarşılaşdığı problemlərə təəccüblənməz. Problemlərin  öz günahlarından başqa bir şey olmadığını bilər”.

Əkdiyimizi biçdiyimiz bir dünyada yaşayırıq, onda nə əkdiyimi anlasaq həyatımız daha asan və gözəl olar.

Dinləməyi öyrənin: Amma həqiqətən dinləyin. Sözü kəsmədən, xəyal qurmadan, verəcəyiniz cavabı düşünmədən dinləyin.

Sevginizi göstərməkdən çəkinməyin: Qucaqlamaq, öpmək, əl-ələ tutmaqda comərd olun. Bu kiçik hərəkətlər ailəniz və dostlarınıza olan sevginizi  göstərməyinizə kömək edəcək.

Gülməyi sevin: Lətifə danışın, əyləncəli hekayələr paylaşın. Bu: “səninlə birlikdə gülməyi sevirəm”- deməkdir.

Qeydlər yazın: Qısa, əllə yazılmış qeydlər bəzən ömür boyu xatırlanır.

Yalnızlıqdan qorxmayın: Bəzn tək istədiyimiz yalnız qalmaqdır. Bu anlar həssas olun.

Nəşəli olun: Kədərli, kefsiz gəzən insanları heç kim sevmir. birinə təbəssümlə xoş söz deməkdən yaxşı heç nə yoxdur. Salam vermək və ya təşəkkür etmək bu qədər çətindir?

Qəbul edin: rədd etmə, özümüzü özümüzdən uzaqlaşdırır.

Əgər xəstə olmaq istəmirsinizsə, həyatda kədərli, kefsiz yaşamayın!

Unutmayın… həyat ona göstərdiyin hər şeyi özündə əks etdirir və yamsılayır. Gülümsəyin ki, bütün dünya da sizə gülümsəsin. Qışqırın, bütün dünya da sizə qışqıracaq. Əsas səbəb sizsisniz… Bütün zamanı, olanları, siz yaradırsınız.

Buna da baxın

Maddələr mübadiləsini sürətləndirən çay

Whatsapp ilə Paylaş  Kosmetoloq, mütəxəssis Pervin Bulgak bədəni yağlardan təmizləyən çayların reseptini hazırlayıb. Qadinklubu.com maddələr …