Əsas səhifə / Əsas menu / Gözəllik / Dünyanın ən yaxşı 12 gözəllik tövsiyəsi
Bizi mobildən daha sürətli  izləyin

Dünyanın ən yaxşı 12 gözəllik tövsiyəsi

Qadinklubu.com sizə dünyanın 4 bir yanından olan makiyaj mütəxəssisləri tərəfindən söylənilən gözəllik sirlərini təqdim edir.

 funes

Hər zaman gənc qalmaq üçün

Avstraliyalı kosmetoloq Sue Devitt, hər zaman boynunuza və əllərinizə də günəş kremi vurmağınızı məsləhət görür. Çünki, bu bölgələr də ən az üz qədər həssasdır və yaşlanmağı ələ verir.

dir

Daha yaxşı dırnaqlara sahib olmaq üçün

“Natural Source International” şirkətinin mütəxəssisi Sylvie Beljanski, pendirin, fındığın və sarımsağın fransız qadınlarının diyetlərinin vazkeçilməz qidaları olduğunu bildirib. Bu qidalarda dırnaqlarınız və saçlarınız üçün də olduqca faydalı maddələr var.

 lim

Qurumuş əl dərisini necə bərpa etmək olar?

Yunan əsilli dermatoloq Macrene Alexiades-Armenakas babasının möcüzəli formulunu irəli sürüb: dırnaqlarınızı və əllərinizi limon qabığıyla masaj edin.

boya

Necə bir fransız kimi zərif görünə bilərsiniz?

Fransalı makiyaj ustası Terry de Gunzburg hər zaman dodaq boyası istifadə etməyi məsləhət görür: “Fransız qadınları dodaq parladıcısından istifadə etmirlər. Əsasən dodaq boyasına üstünlük verirlər. Evdən dodaq boyası vurmadan çıxmırlar”.

maska

Üz maskalarını düzgün tətbiq etmək üçün

“Kesari” gözəllik məhsullarının qurucusu Hindli Richa Purohit, üz maskalarını hind mədəyyətində önəmli yer tutduğunu deyib. Yağlı dərilər üçün bir qaşıq sandal ağacı tozunu, bir qədər zərdəçal və bir neçə yemək qaşığı portağal suyu ilə qarışdırır. Normal dərilər üçün isə, portağal şirəsi əvəzinə qızıl gül suyunu məsləhət görür.

goz

Cazibədar gözlər üçün

Laure Mercier agentlyinin Əfqanıstanlı  mütəxəssisi Matin Maulawizada. qadınların gözlərinin gözəlliyini borclu olduqları tək şeyin, qara göz  qələminin olduğunu söyləyib.

deri

Möhtəşəm bir dəri üçün

Fransalı Beljanski, tanıdığı bütün fransız qadınların səhər-səhər dərilərini canlandırmaq üçün bir qədər su, qızıl gün suyu və tonik qarışımından ibarət spreyi üzlərinə vurduqlarını deyib.

tonal

Mükəmməl tonal krem üçün

Əfqanıstanlı kosmetoloq Maulawizada, tonal kremi qidalandırıcı baxım kremi ilə qarışdırıb üzə çəkməyi məsləhət görür. Belə olan halda, üzünüzdə tonal kremin olduğu daha az hiss ediləcək.

sarim

Tez qırılan dırnaqları möhkəmlətmək üçün

Kolumbiyalı gözəllik mütəxəssisi, bir çox baxım maskalarının yaradıcısı Tata Harper, dırnaqlarınızı gücləndirmək üçün doğradığınız sarımsağın qabığı ilə onları masaj etməyinizi tövsiyə edir.

sac

Gözəl saçlara sahib olmaq üçün

Purohit “Hindli qadınlar gözəl saçları ilə tanınırlar” deyir. “Yağlı saç masajı çox önəmlidir. Həftədə 1 dəfə saçlarınıza kokos yağı, zeytun yağı və badam yağı vurub 5 dəqiqə masaj edirik. 10 dəqiqə gözləyib, yuyuruq”.

deripar

Parlaq bir dəriyə sahib olmaq üçün

Uğurlu bir antioksidant olduğunu nəzərə alsaq, zaman-zaman bir qədər şərab içməl dərinizə işıltı qatacaq.

saccuz

Saçlarımızın daha sürətli uzanması üçün

Hindli qadınların daha bir gözəllik sirri: kokos yağı saçlarınızın sürətli uzanmasına kömək edəcək.

 

Buna da baxın

Yağlı cildlər üçün çiyələk maskası

Whatsapp ilə PaylaşYağlı cildlər üçün çiyələk maskası Çiyələyin dəriyə faydaları; Çiyələk salisik turşu məzmunu ilə …