Əsas səhifə / Əsas menu / Xəbər / DÜYÜ HAQQINDA BİLMƏDİKLƏRİNİZ…
Bizi mobildən daha sürətli  izləyin

DÜYÜ HAQQINDA BİLMƏDİKLƏRİNİZ…

duyuDüyü hər bir mətbəxdə rast gəlinən ərzaqlardandır. Xüsusən də şərq ölkələrində bu bitkidən hazırlanan yeməklərə daha çox üstünlük verilir. Düyünün tərkibindən karbohidrat dəyəri ən çox olan dənli bitkidir. Gündəlik qidalarımızda istifadə etdiyimiz bu qida növünün orqanizmə bir çox xeyri olduğu kimi bir sıra başqa gündəlik məişət problemlərimizi də rahatlaşdıracaq özəllikləri vardır. Belə ki, düyünün nəm alma xüsusiyyəti bir çox mətbəxlərdə rütubət probleminin rahat və səmərəli həlli yoludur. Sizə düyünün bu özəlliklərindən harda və necə istifadə edə biləcəyiniz haqqında qısa məlumat vermək istərdim. Belə ki, əgər:

*Duz rütubətin təsirindən bir yerdə topalanırsa, onda duz qabının içinə bir neçə ədəd düyü qoyun. Düyü duzun rütübətlənməsinin və topalaşmasının qarşısını alacaqdır.

*Son dövr ən çox gündəmdə olan suya düşmüş mobil telefonların qurudulmasında da düyünün nəm çəkə bilmə özəlliyindən istifadə edənlər az deyil. Belə ki, suya düşmüş mobil telefonunuzu düyü ilə dolu qabın içində bir neçə saat saxlayarsanız, onda düyü telefonuzdakı nəmi çəkər.

*Eyni şəkildə, xüsusilə köhnə avtomobillərdə qarşısı alınmaz rütübət qoxusuna qalib gəlmək istəyirsizsə bunun üçün də bir miqdar düyünü avtomobilinizdə saxlamağınızda fayda var. Zəngin bir karbohidrat qaynağı olan düyü rütubəti saxlayır.

Buna da baxın

Düyü maskası ilə üz dərinizi cavanlaşdırın

Whatsapp ilə Paylaş Düyü maskası çox effektli cavanlaşdırıcı vasitə sayılır. Düyü dəri üçün olduqca xeyirlidir. Onun …