Əsas səhifə / Əsas menu / Gözəllik / Düyü suyunun gözəlliyinizdə 4 möcüzəvi təsiri
Bizi mobildən daha sürətli  izləyin

Düyü suyunun gözəlliyinizdə 4 möcüzəvi təsiri

Plov hazırlayarkən düyünü bir qədər suda saxladıqdan sonra həmin su atılır. Amma artıq o suyu atmaqdansa, gözəlliyinizdə dəyərləndirə bilərsiniz. Çünki, düyü suyu saçın yağlılığının qarşısını alır, dərini gözəlləşdirir və sızanaqların qarşısını alır.

Qadinklubu.com düyü suyundan faydalı istifadə etməyin üsullarını təqdim edir.

Saç tökülməsinin qarşısını alır

düyü suyunun gözəlliyinizdə 4 möcüzəvi təsiri.jfpg
Saç tökülməsi təbii ki, darıxdırıcı bir hadisədir. Saç tökülməsinin qarşısını almaq üçün bir çox bitki mənşəli və ya kimyəvi yola müraciət edilir. Ancaq düyü suyu ilə də saç tökülməsinin qarşısını ala bilərsiniz. Türkiyəli  gözəllik mütəxəssisi Suna Dumankaya’nın bu mövzuda xüsusi bir müalicəvi reseptini sizlərlə paylaşırıq.

Vəsaitlər:

1 x/qaşığı üzüm suyu

1 xörək qaşığı qaynadılmış düyü suyu

1 xörək qaşığı qaynadılmış buğda suyu

1 xörək qaşığı yulaf suyu

1 xörək qaşığı Medoil zeytun yağı

Hazırlanması və tətbiqi: Bir qabda  bütün vəsaitləri qarışdırın. Əldə edilən qarışımı masaj hərəkətləri ilə saç diblərinə  tətbiq edin. 1 saat gözlətdikdən sonra yuyun.

Dərini ağardır və dartır

düyü suyunun gözəlliyinizdə 4 möcüzəvi təsiri

Düyünün tərkibindəki minerallar dərini günəşdən qoruyur. Eyni zamanda dərini ağardaraq dəri ləkələrini də aradan qaldırarkən, istifadə edildiyi bölgədəki qırışların və sallanmaların da qarşısının alınmasında da köməkçi olur.

Tonik üçün vəsaitlər:

5 ç/qaşığı düyü,

1.5 çay stəkanı ilıq su.

Hazırlanması və tətbiqi: Düyünü  ilıq suda 3 dəqiqə saxlayın. Daha sonra bir şüşəyə töküb tonik kimi istifadə etməyə başlayırıq. Bu toniki soyuducuda mühafizə edərək, sadəcə 3 gün  istifadə bilərsiniz.

Sızanaq və qara nöqtələrdən xilas edir

düyü suyunun gözəlliyinizdə 4 möcüzəvi təsiri.jfpg.jnpg

Sızanaq və qara nöqtələrə qarşı 1 çay stəkanı düyünü 2 çay stəkanı suda  ən az 2.5-3 saat gözlədin. Daha sonra düyünün suyunu süzün və üzünüzü bu suyla yuyun.

 

Buna da baxın

Ağ saçlara qarşı təbii tərkib

Whatsapp ilə Paylaş Müəyyən bir yaşdan sonra saçlarımız ağarmağa başlayanda demək olar ki, hamımız ya …