Əsas səhifə / Əsas menu / Gözəllik / Düyü suyunun üzünüzdəki möcüzəsi
Bizi mobildən daha sürətli  izləyin

Düyü suyunun üzünüzdəki möcüzəsi

 

pirinc-suyunun-sasirtan-faydasi-3

Bir çoxumuzun həftədə ən az bir neçə dəfə istehlak etdiyi düyünün suyunun dərini gözəlləşdirən gözəllik vasitəsi olduğunu bilirdinizmi? Düyünün heç bilmədiyiniz faydalarını sizlər üçün təqdim edirik.

  • Düyü suyu dərinin rəngini açır və dəridəki qəhvəyi ləkələrin qarşısını alır.
  • Düyü suyu dəriyə parlaqlıq verdiyi kimi,  düyü maskası da dəridəki qırışların azalmasını təmin edir.
  • Düyü suyunu hazırlamaq olduqca asandır.
  • Düyü suyu hazırlamaq üçün; bir çay stəkanı düyü, iki çay stəkanı suyun içində ən az 3 saat gözlədin. Bu müddətdə düyünün bəsləyici xüsusiyyətləri suya keçəcək. Sonra düyü suyunu süzün və bu su ilə üzünüzü yuyun.
  • Düyü suyunu istəsəniz tonik olaraq da istifadə edə bilərsiniz.
  • Hazırladığınız düyü suyunu soyuducuda ən çox iki gün saxlamağınız məsləhətdir. Çünki düyü suyu, sürətli bakteriya törədir. Bu səbəblə hazırladığınız düyü suyunu, uzun müddət gözlətdikdən sonra istifadə dərinizə ziyandır.

QEYD: Hər ehtimala qarşı hazırladığınız düyü suyunu ya da maskasını əvvəlcə biləyinizin  iç hissəsinə sürtüp, 15 dəqiqə gözləyin. Sonra biləyinizi yuyun. Əgər biləyinizdə qızarma və ya səpgi görsəniz, düyü suyundan istifadə etməyin!

 

 

Buna da baxın

Düyü suyunun gözəlliyinizdə 4 möcüzəvi təsiri

Whatsapp ilə PaylaşPlov hazırlayarkən düyünü bir qədər suda saxladıqdan sonra həmin su atılır. Amma artıq …