Əsas səhifə / Əsas menu / Gözəllik / Düz qamətə necə sahib ola bilərik?
Bizi mobildən daha sürətli  izləyin

Düz qamətə necə sahib ola bilərik?

d

Düz qamətə necə sahib ola bilərik?

“Düz dayan, kürəyini əymə!” sözünü həyatımız boyunca, demək olar hamımız eşidirik.

Deyilən kimi tez çiynimizi düzəldib, bir neçə dəqiqə o vəziyyətdə qalır, sonra yenə əvvəlki formamıza qayıdırıq. Bel əzələlərinin zəifləməsi nəticəsində yaranan bu xəstəliyə tibb dilində “Kifoz” deyilir.

Düzgün olmayan duruş, bədənimizdəki ağrıların əsas səbəbi kimi götürülür. Bu da ruh sağlamlığınıza ciddi şəkildə təsir edir. Bu cür dayanan və yeriyən insanlar daha tez yorulur. Özləri hiss etməsələr də, kənardan çox pis görünüşə sahibdirlər.

“Health Psychology”nin 2014-cü il sayında qeyd olunub kürəyinzi əymək sizə yuxulu, yorğun, əsəbi hala gətirir. Əksinə, düz dayanmaq, sizi daha aktiv və gümrah edir.

Kürək əyriliyi kimi tanınan bu xəstəlikdən xilas olmaq istəyirsinizsə, aşağıdakı məsləhətlərə əməl edin.

Ayaq üstə olarkən başınızı dik tutun. Yeriyərkən isə qolunuz və çiyinlərinizi rahat şəkildə hərəkət etdirin.

Oturan zaman boynunuz dik olmalıdır. Önə tərəf bükülməməyə çalışın. Qollarınızı gövdənizə yaxın tutun, ayaqlarınız yerə dəysin.

İdman edərək də bundan xilas ola bilərsiniz. Qollarınızı geriyə atıb, əllərinizlə digər qolunuzun dirsəyini tutun və hər gün, 15 dəqiqə bu vəziyətdə yeriyin. Bir aydan sonra kürəyinizdəki əyrilik itəcək, qamətiniz daha gözəl olacaq.