Əsas səhifə / Əsas menu / Pəhriz / Düz qarın, incə bir bel üçün Bunları edin!
Bizi mobildən daha sürətli  izləyin

Düz qarın, incə bir bel üçün Bunları edin!

Düz qarın diyet

Düz qarın hər qadının xəyalıdır. Bəs sahib olmaq üçün nələr edirsiniz?

Düz qarın, incə bir belə sahib olmaq çoxda çətin deyil. Qadınklubu.com qarın yağlarından qurtulmağınıza yardım edəcək düz qarın üçün qidalanma tövsiyələrini təqdim edir.

Düz qarına sahib olmaq üçün Omega3-lə zəngin qidalanmalısız. Qida rasionuna rahat şəkildə balıq əlavə edin. İşlənmiş yağlar göbək bölgəsində yağlanmaya səbəb olur. Buna görə çips, peçeynə, tort kimi qidalardan uzaq durun. Qarın və bel bölgənizdəki yağlanmadan xilas olmaq və eyni zamanda enerjili qalmaq üçün qida rasionuna C vitamini ilə zəngin qidalar əlavə edin. Gün ərzində yediyiniz C vitaminli qidalar toxluq hissi yaradır və yağlanmanı əngəlləyir.

Tünd yaşıl rəngli tərəvəzlər düz bir qarının əvəzedilməzidir. Az kalorili yaşıl tərəvəzləri qida rasionundan əksik etməyin.

Düz qarın üçün proteinlə zəngin qidalanın. Süd, balıq, qatıq, əlavə olaraq fındıq, qoz yeyə bilərsiz.

K vitamini ilə zəngin olan avokadonu gündə yarım olaraq yeyin. Avokado beldə yağlanmaların qarşısını alacaq. Qarın bölgəsindəki yağlardan xilas olmaq üçün bol-bol su için.

Yeməklərdən əvvəl 2 stəkan ilıq su için . Qarın yağlarının ən böyük düşməni qazlı içkilərdir. Əgər düz bir qarın istəyirsizsə, qazlı içkilərə əlvida deyin. Hər gün mütləq 45 dəqiqə qaçın ya da templi yeriyin.

Buna da baxın

Potağal qabığının bilmədiyiniz faydaları

Whatsapp ilə Paylaş Portağalının  soyub ya yeyirik ya da şirəsindən istifadə etdikdən sonra qabıqlarını yararsız …