Əsas səhifə / Əsas menu / Praktika / Düz qarına sahib olmaq üçün 5 HƏRƏKƏT
Bizi mobildən daha sürətli  izləyin

Düz qarına sahib olmaq üçün 5 HƏRƏKƏT

errtDüz qarına sahib olmaq üçün 5 HƏRƏKƏT

Qışda idman etməyə vaxt ayırmadığımız üçün indi də kökəlmiş qarnımızı arıqlada bilmirik.

Saatlarla idman etməyə həvəsiniz yoxdursa, bu 5 idman hərəkəti ilə sıx bir qarına sahib ola bilərsiz. Hər hərəkətə 15 dəqiqə vaxt ayırmanız bəs edəcək.

Plank:

Plank ilə birdən çox bölgənizi çalışdıra bilərsiz. Üz üstə uzanıb əllər qarşını göstərəcək şəkildə ön qollar üstündə durun. Daha sonra sıra ilə sinəni, ombanı və ayaqları yerdən qaldırın. Sadəcə ön qollar və ayaq barmaqlar yerlə təmas etməlidir. Belə 20 saniyə gözləyin. Gündə bir dəfə etmək kifayətdir. İkinci gün də 20 saniyə edin. Daha sonra hər 2 gündən bir 10 saniyə artırın.

Körpü qurma:

Arxası üstə ayaq dabanları yerdə olacaq şəkildə dizləri bükün. Düz bir xətt halında ombanızı qaldırın. Son nöqtədə 5-ə qədər sayın. Yavaşca buraxın.

Crunch:

Arxası üstə uzanıb dizlər bükülü halda sola doğru qalxın, eyni anda sol dizinizi özünüzə doğru çəkin. Sağ dirsəyinizi sol dizinizə dəydirməyə çalışın. Sonra sol dirsəyinizi sağ dizinizə dəydirməyə çalışın.

Smit idmanı:

Ayaqda durarkən uzun bir sobanı boynun arxasına keçirərək çiyinlərinizə yerləşdirin. Ön qollarınızla tutun. Ayaqlarınızı çiyin genişliyində açın və yerə möhkəm şəkildə basın. Omba və ayaqlarınızı sabit şəkildə saxlayıb gövdənizi sağa çevirməyə çalışın. Sonra sola doğru çevirin.

Yan qarın idmanı:

Ayaqda durarkən uzun bir sobanı boyun arxasına keçirərək çiyinlərinizə yerləşdirin. Ayaqlarınızı çiyin şəklində açıb yerə möhkəm şəkildə basın. Ayaq və ombanı sabit şəkildə saxlayıb sağ yana doğru əyilin. Bu hərəkəti 50 dəfə edin. Çox edilən idman əzələ yorğunluğuna səbəb olur. Nəfəsinizi idman sırasında qətiyyən tutmayın. Çətinlik çəkəndə nəfəs verməyə çalışın.


Buna da baxın

Qaynadılmış kartofla dərinizi ağarda bilərsiniz

Whatsapp ilə Paylaş Dərinizi qaynadılmış kartof ilə ağartmaq heç ağlınıza gəlmişdi? Qadinklubu.com olaraq bu gün …