Əsas səhifə / Əsas menu / Gözəllik / Düzgün makiyajla daha gənc görünün
Bizi mobildən daha sürətli  izləyin

Düzgün makiyajla daha gənc görünün

Closeup portrait of a woman  applying dry cosmetic tonal foundation  on the face using makeup brush.
Closeup portrait of a woman applying dry cosmetic tonal foundation on the face using makeup brush.

Düzgün makiyajla daha gənc görünün

Tonal kremin üzünüzdə qalmış kimi görünməsindən xilas olmanızı təmin edəcək təbii, ışıl – ışıl və gənc görünmənizdə təsirli yaş görünüşlü makiyaj bu yaya damğasını vuracaq.

Gənc görünüb ışıl – ışıl parlayacaqsınız

Xüsusilə yay aylarında çəkilməz hala gələn tonal kremlər yerinə, işıqlandırıcılarla tətbiq olunan dərinizin daha təzə və işıqlıq görünməsini təmin edən bu yeni makiyaj dəb ilə ilə çox daha gənc və göz oxşayan görünməniz mümkündür.

Yaş görünüşlü makiyajın ən əhəmiyyəti xüsusiyyəti həddindən artıq tonal kremdən uzaq dayanaraq maye işıqlandırıcılarla dəridə işıltını tutmaq. Həm gecə, həm gündüz istifadə edə biləcəyiniz maye işıqlandırıcılarla dərinizdə möcüzələr yarada bilərsiniz. Almacıq sümükləri, göz qapaqları, çənə altı və burun üstünə tətbiq edəcəyiniz işıqlandırıcılar ilə dəriyə parlaqlıq təmin edib həm daha təbii bir görünüşə sahib olacaq həm də çox daha gənc görünəcəksiniz.

Necə tətbiq olunur

– Həddindən artığa qaçmadan tonal kremi dərinizə tətbiq edin.
– Transparan bir pudra ilə dərinizi sabitləyib işıqlıq görünməsini təmin edəcək işıqlandırıcını almacıq sümükləri, burun üstü və çənə altına tətbiq edin.
– Açıq və tünd rənglərdə iki ənlik istifadə edin. Tünd tondakı ənliyi almacıq sümüklərinə, açıq rəngli ənliyi üzərinə tətbiq edin. Xüsusilə şaftalı tonları dərinizə işıltı qatacaq.
– Göz qapaqlarınıza yüngül işıltılı bir ten tətbiq edib, kirpik diblərinə çox incə bir şəkildə eyeliner çəkin. Eyelinerin çox qalın olmamasını diqqət edin ki təbiilikdən uzaqlaşmamış olun.
– Dodaqlarınıza təbii amma bir az da canlı rənglərdə; xüsusilə bu yayın favorit rənglərindən olan şaftalı və ya turuncu tonlarında bir pomada çəkib göz oxşayan bir makiyaja sahib olun.


Buna da baxın

Kiçik gözləri daha böyük göstərən makiyaj

Whatsapp ilə Paylaş Makiyaj hər bir qadının əvəzedilməzidir. Makiyajla üz cizgilərini bir qədər daha qabardaraq …