Əsas səhifə / Əsas menu / Gözəllik / Düzgün qaş qələmini necə seçmək lazımdır
Bizi mobildən daha sürətli  izləyin

Düzgün qaş qələmini necə seçmək lazımdır

Düzgün qaş qələmini necə seçmək lazımdır

Tam və gözəl bir makiyaj üçün uzun kipriklər qədər ən az dolğun qaşların da olması əhəmiyyətlidir. Amma təəssüf ki, müəyyən səbələrə görə hər zaman qaşlar öz dolğunluğunda və sıxlığında qalmır. Amma makiyaj zamanı bu problemin həlli mümükündür. Düzgün seçilmiş qaş qələmi sayəsində təbii görünüşlü dolğun qaşlara nail ola bilərsiniz. Burada ən önəmli və başlıca nüans düzgün seçilmiş qaş qələmidir. Qaş aralıqlarındakı boşluqları doldurmaq üçün istifadə etdiyiniz qaş qələmini hər zaman qaş rəngindən bir ton açıq olmalıdır. Qaş qələmini qaş rənginə uyğun seçmək lazımdır, saç rənginə uyğun yox.

Sarışınlar

Sarışın qadınlar qaş qələmi alarkən, isti rənglər seçməməlidirlər. Küllü və boz rənglərdən qaçmalıdırlar. Qaş rənginin bir ton açığı qaşlarınıza təbii bir görünüş qazandıracaqdır. Qaş qələmini tətbiq etməmişdən əvvəl qaşlarınızı qaş darağı və ya diş fırçasıyla yuxarıya doğru daramaqla boşluqları daha rahat görə bilərsiniz.

Qumral dərililər

Qumral dərili xanımlar çox da tünd olmayan qəhvə rəngli qaş qələmlərindən istifadə etməlidirlər. Qaş qələmini alarkən mütləq qaş rənginə fikir verin. Yumşaq başlıqlı qələmlər qaşların qırılmasının qarşısını alır.

Qarabuğdayı dərililər

Qarabuğdayı qadınların ən böyük xətası qara rəngdə qaş qələmindən istifadə etməkləridir. Qara saçlarınız olsa belə mütləq qəhvə rəngli qaş qələmindən istifadə etməlisiniz. Qara qaş qələmi qaşlarınızın təbii görünüşünü korlayacaq.

Buna da baxın

Qadınların diqqətinə gözəl görünməyin ən yaxşı üsulu

Whatsapp ilə PaylaşQadınların diqqətinə gözəl görünməyin ən yaxşı üsulu Makiyajsız gözək görünmək, bütün qadınların xəyalı …