Əsas səhifə / Əsas menu / Gözəllik / Düzgün tonal kremi necə seçməliyik?
Bizi mobildən daha sürətli  izləyin

Düzgün tonal kremi necə seçməliyik?

Beautiful-women-skin-tones-copy

Tonal kremin düzgün seçilməsi makiyajda ən vacib məsələlərdən biridir. Üzünüzdəki qüsurların örtülməsi, ideal tonun yaranması məhz tonal kremin rəngindən və dəri tipinizə uyğunluğundan asılıdır.

Dərinin tonu fəsillərlə əlaqəli dəyişə bilər, lakin alt ton həmişə eyni qalır.

Alt tonlar 3 cür olur. Sizdə hansının olduğunu bir neçə üsulla yoxlaya bilərsiniz.

Soyuq alt tonu

cool-copy-300x152

Əgər sizin biləyinizdə damarlar bənövşəyi və ya mavi rəngə çalırsa, gümüş rəngli bəzək əşyaları sizə qızıldan daha çox yaraşırsa, günəş işığında dəriniz yüngül mavi rəngə çalırsa – sizin alt tonunuz soyuqdur. Bu cür dərilərə çəhrayı tonlarında tonal kremlər uyğun gəlir.

Neytral

7SNqVhH1Oxc-copy-300x152

Biləyinizdə damarlar yaşıl-mavi rəngin qarışımı rəngindədirsə, həm gümüş, həm qızıl əşyalar sizə yaraşırsa, günəş işığında dəriniz yüngül yaşıl rəng tonuna çalırsa – sizin alt tonunuz neytraldır. Belə dərilərə bütün tonlarda tonal kremlər uyğun gəlir, xüsusən natural rənglərdə (bej, açıq bej).

İsti

f611b03891061b7f8e7b5c8cd05e8d65-copy-300x152

Biləyinizdəki damarlar yaşıl və ya zeytun yaşılı rəngindədirsə, qızılı rəng sizə gümüşdən daha çox yaraşırsa, günəş işığında dərinizin rəngi sarıya çalırsa – sizin alt tonunuz istidir. Dərinizə uyğun bej, şaftalı, qızılı tonlarında tonal kremləridir.

Tonal kremi necə düzgün seçək?

-İlk öncə mağazada işıqlanmaya diqqət edin. İmkan varsa rəngə hava işığında baxın.

-Rəngi biləyinizdə yox (çünki bilək və üz dərisi eyni deyil), boğazınızda, üz nahiyyənizdə, alnınızda və ya dekolte hissəsində yoxlayın.

-Əgər dərinizə tam uyğun rəng tonal krem tapa bilməsəniz, unutmayın ki, iki fərqli rəng tonal kremi qarışdırıb sizə uyğun tonal krem ala bilərsiniz.

-Səhvən dərinizə açıq rəngli tonal krem almısınızsa, bunu bronzerlə korrektə edə bilərsiniz.

-Əgər əksinə, səhvən tünd tonal krem almısınızsa onu da gündüz kreminizlə qarışdırıb rəngini daha da yüngülləşdirə  bilərsiniz.//ayselhuseynova.com

 

 

Buna da baxın

Gözəlliyinə kölgə salacaq kosmetik səhvlər

Whatsapp ilə Paylaş Gözəl görünmək hər bir xanımın arzusudur. Bunun üçün vaxtına, büdcəsinə verdiyi ziyan …