Əsas səhifə / Manşet / Duzunuzu artırın
Bizi mobildən daha sürətli  izləyin

Duzunuzu artırın

kk

Xörək duzunu “ağ ölüm” adlandırırlar.

Lakin orqanizmimizin tələbatı olan digər duzlar haqqında nə bilirik?

Elə duzlar var ki, onlarsız yaşamaq mümkün deyil. Onlar orqanizmimizdə bir çox funksiyaları yerinə yetirdiyi üçün bu duzları tanıyıb qəbul etməyimiz çox vacibdir.

Kalium

Kalium duzunun əsas mənbəyi kartof, soğan, sarımsaq, kök, kələm, xiyar, pomidor, kələm, paxlalı bitkilər, çovdar çörəyi və yulaf yarmasıdır. Ən çox ərik qurusunda və kişmişdədir.

Kalium əzələlərin normal funksiyasını təmin edir, sklerozun qarşısını alır, natrimun yaranmasına səbəb olur. Kalium duzlarının ürək əzələlərinin fəaliyyəti üçün əvəzolunmaz əhəmiyyəti vardır.

Kalsium

Kalsium duzu bütün meyvə və tərəvəzlərin qabığında, paxlalı bitkilərdə, turp, yumurta, alma, şaftalı, kələm, cücərmiş buğda, qatıq məhsullarının tərkibində vardır.

Kalsium qan yaradıcı funksiya daşıyır, maddələr mübadiləsini yaxşılaşdırır, qanın çirklənməsinin qarşısını alır, sümüklərin inkişafını təmin edir, əsəb sistemini yaxşılaşdırır.

Kükürd

Əsas mənbəyi kələm, sarımsaq, soğan, turp, boranı, əncir, gavalıdır. Orqanizmi təmizləmək funksiyasını yerinə yetirir.

Mis

Qoz, fındıq, püstə, badam, yumurta sarısı, qaraciyər, və qatıq məhsulları mis ilə zəngindir. Qan tərkibinin normal qalmasında və hemoqlobinin hazırlanması prosesində əsas rol oynayır.

Davamı var…