Əsas səhifə / Əsas menu / Gözəllik / E vitaminin cildinizdəki möcüzəsi
Bizi mobildən daha sürətli  izləyin

E vitaminin cildinizdəki möcüzəsi

E vitaminin cildinizdəki möcüzəsi

Saçı uzadır

İnsan orqanizmindəki vitaminliyin əhəmiyyətini yəqin ki, hamımız çox yaxşı bilirik. Yediyimiz qidalarda vitaminlilik nisbətinə əhəmiyyət verməklə yanaşı, həm də bu vitaminlərdən xarici təsirlər vasitəsiylə cildimizin də gözəlləşməsində, cavan qalmasında bir sıra üsullarda vasitəsilə qənaətbəxş effeklər əldə etmək mümkündür. Qadınklubu.com sözügüdən üsullarla sizi tanış edir.
E vitamini saçın uzanmasını, sağlam və parlaq saçlara sahib olmağınızı təmin etməklə yanaşı eyni zamanda saçların vaxtından əvvəl ağarmasının da qarşısını alar.

  • 2 xörək qaşığı isti zeytun ya da hindistan qozu yağını 2 E vitamin kapsulu ilə qarışdırın. İncə masaj hərəkətləri ilə saç dərinizə yedirin. Yarım saat gözlədikən sonra saçınızı yuyun. Bunu həftəfə 2 ya da 3 dəfə təkrarlayın.
  • Hindistan qozu südü ilə də saç dərinizə masaj edib, yarım saat gözlədikdən sonra yuya bilərsiniz. Çünki Hindistan qozu da E vitamini ilə zəngindir.
    Mütəmadi olaraq E vitamini ilə zəngin olan qidalardan istifadə edin.

Ləkələri silər

Ciltdəki ləkələrin, izlərin üzərinə E vitaminini çəkin. 5-10 dəqiqə masaj etdikdən sonra yarım saat gözləyib, ilıq su ilə yuyun. Ləkələr təmizlənənə qədər gündə iki dəfə təkrar edin.

Qırışlara qarşı qoruyar

  • Hər gün gecə yatmamışdan əvvəl cildinizə 1 kapsul E vitamini çəkin. Səhər ilıq su ilə yuyun.
  • Hətta gün ərzinə ilıq zeytun yağı ilə E vitamini yağını qarışdırıb, 2 ya da 3 dəfə qırışlar meydana gələn nahiyələrə çəkə bilərsiniz.
  • E vitamini ilə zəngin olan qidalar da qırışların qarşısını almaq üçün yaxşı üsuldur.

Cildin rəngini açar

  • E viatmini günəşin şüalarından cildinizdə yarana biləcək zərərləri geri çevirir.
  • 1 çay qaşığı hind qozu yağı, 1-2 kapsul E vitamini ilə qarışdırın. Yatmadan əvvəl üzünüzə çəkib səhər ilıq su ilə yuyun. Bunu bir ay boyunca hər gün təkrarlayın.

Quru əlləri yumşaldır

  • Quru əllərin nəmlənməsi və qidalanmasını təmin etməklə yanaşı, eyni zamanda dəri sallanmalarının da qarşısını alır.
  • Bədən lasyonu ilə E vitamini yağını qarışdırın və əllərinizə çəkərək nəmlənməsi üçün uzun müddət gözlədin.
  • 2 kapsul E vitaminini 1 limon suyu, 3 x/qaşığı balı ilıq suya qatıb əllərinizə vanna hazırlayın. Əllərinizi 15 dəqiqə bu suda saxladıqdan sonra yuyub nəmləndirici krem çəkin. Həftədə bir-iki dəfə təkrarlayın.

Çatlaq dodaqları nəmləndirər

*Çatlamış dodaqlarınıza müntəzəm olaraq E vitamini çəkin.
*1 yemək qaşığı bala, bir neçə damla E vitamini əlavə edib gündə 2 ya da 3 dəfə dodaqlarınıza çəkin.

Dırnaqları gücləndirir

İlıq su ilə dolu qaba 1-2 kapsul E vitamini əlavə edib, əllərinizi 10 dəqiqə bu qatışımda saxlayın. Həftədə 3-4 dəfə təkrarlayın. Dırnaqların çatlayıb,qırılmasına qarşı xeyirlidir.

Saçı hamarlaşdırır

E vitamini, zeytun yağı və hindistan qozu yağını qarışdırıb saçlarınıza çəkərək, bir saat gözləyib adi şampunla yuyun. Həftədə 3 dəfə tətbiq edin. Saçlarda tökülmə, quruma, solğunlaşma kimi problemlərin qarşısını alır.

Qeyd: B vitamini hava, istilik və işığ ilə təmasa keçdiyində təsirini itirər. Ona görə də qaranlıq və sərin yerdə saxlayın.

Allergiyanızın olub olmadığını dəqiqləşdirmədən istifadə etməyin.

Həssas cildə sahib olanlar diqqətli olmalıdırlar.

Buna da baxın

Aspirinin saçlara inanılmaz 4 faydası

Whatsapp ilə Paylaş Aspirinin ağrı kəsici, xərçəng və Alzheimerə qarşı  bir çox saysız faydası var. …