Əsas səhifə / Əsas menu / Gözəllik / Elektriklənən saçlara çarə
Bizi mobildən daha sürətli  izləyin

Elektriklənən saçlara çarə

Elektriklənən saçlara çarə

elekk

Bir çox qadınlar üçün ortaq problemlərdən biri də, cansız görünən və elektriklənən saçlardır. Əgər siz də belə problemlə qarşılaşırsınızsa, aşağıdakı məsləhətləri diqqətlə oxuyun.

Alma sirkəsi

Alma sirkəsiylə saçları yumaq saça canlılıq və parlaqlıq qazandırar. Bir qaşıq alma sirkəsini 2 stəkan su ilə qarışdırıb saçlarınıza sürtün. Saçlarınızı darayaraq hər yerinə yayılmasını təmin edin. Ardından 5-10 dəqiqə gözləyib yaxşıca yuyun. Sirkədəki turşu saçın üst təbəqəsindəki parçalanmış qismləri yox edərək onun düz və parlaq görünməsini təmin edər.

Karbonat

Bir ovuc şampuna 2 çay qaşığı karbonatı qarışdırıb saçlarınıza masaj edərək sürtün. Ancaq karbonatı yeni boyanmış saçlara tətbiq etməyin. Əks təqdirdə boya axa bilər.

Aspirin

Bir ədəd aspirini qırıb şampununuzun içinə atın. Aspirinin içərisindəki maddələr saçlarınızı bərpa edəcək və yenidən parlamalarını təmin edəcək.

Şəkərli su

Bir stəkan suya bir çay qaşığı şəkər töküb qarışdırın. Hazırladığınız qarışımı ovucunuza töküb əllərinizlə masaj edərək saçlarınıza sürtün. Saçlarınız yapışqan bir hal alacaq. Ardından 15-20 dəqiqə gözləyib saçlarınızı yuyun.

Buna da baxın

Hər gün saç yumağın zərərləri

Whatsapp ilə Paylaş Hər gün saçlarınızı  yumaq saçınızın struktur xüsusiyyətini pozaraq mat və qeyri-sağlam görünməsinə …