Əsas səhifə / Əsas menu / Xəbər / Elnurun keçmişilə bağlı ilginc məlumatlar
Bizi mobildən daha sürətli  izləyin

Elnurun keçmişilə bağlı ilginc məlumatlar

el6Elnurun keçmişilə bağlı ilginc  məlumatlar

Azərbaycan Dövlət Filarmoniyasından adının açıqlanmasını istəməyən bir şəxs indiyədək ailəsi haqqında hər hansı bir məlumatın olmadığı Elnur Hüseynov haqqında maraqlı açıqlamalar verib.

“O Səs Türkiyə” müsabiqəsində etdiyi uğurlu çıxışı ilə gündəmə gələn Elnur Hüseynovun şəxsi həyatıyla bağlı ilginc iddialar ortaya çıxıb. Adının mətbuatda hallandırılmasını istəməyən bir şəxsin söylədiyinə görə, Elnur ailəsi ilə bağlı məlumatları hər zaman ictimaiyyətdən gizlədir:

“Elnurun atası hərbi qulluqçu olduğu üçün onlar yaşayış yerini tez-tez dəyişdirmək məcburiyyətində olurdu. Elnurun ailəsinin Bakıdakı evlərdən birində kirayədə yaşadığı ehtimal olunur. Biz onu Filarmoniyaya qəbul edəndə O, hələ çox gənc idi. Onun istədiyini əldə edə biləcəyini biz də bilirdik. Elnur hər zaman böyük partlayış edəcəyindən danışırdı. Ukraynaya getmək istəyirdi. Amma biz başına nə isə gələ biləcəyindən ehtiyat edirdik.

Elnurun atası hərbi qulluqçu, anası isə çox ehtimal ki, musiqi sahəsində təhsil almışdı. Amma anası işləmirdi. Onun bir qardaşı da vardı. Elnur çox zaman Bakıda tək yaşayırdı. Biz onun uğurlarına hər zaman sevinmişik. O, ilk dəfə bizim yanımıza gələndə onun ailəsi barədə məlumat toplamağa çalışdıq, amma heç nəyə nail ola bilmirdik. Onun özü də ailəsilə bağlı heç nə danışmırdı. Bundan əlavə, Elnur tez-tez konsertlər verirdi. O, bunu gizlətsə də, Bakıda ailəsindən ayrı, tək yaşayırdı. Əsasən, ailəs ilə əlaqəli mövzular onu qətiyyən maraqlandırmırdı. Səbəbini deyə bilmərəm, amma o, anası barədə bütün məlumatları gizlədirdi. Bəlkə də anası ondan imtina etmişdi”.
[nggallery id=1197]


Buna da baxın

Elnura görə studiyaya pijamada gəldi – FOTO

Whatsapp ilə PaylaşElnura görə studiyaya pijamada gəldi – FOTO Türkiyəli müğənni Demet Akalının “O səs …