Əsas səhifə / Əsas menu / Xəbər / Elza Seyidcahan zorakılığa “yox” dedi
Bizi mobildən daha sürətli  izləyin

Elza Seyidcahan zorakılığa “yox” dedi

Elza Seyidcahan zorakılığa “yox” dedi

xeberici

Əməkdar artist Elza Seyidcahanın sosial şəbəkədə maraqlı fotosu yayılıb.

Müğənni zorakılığa məruz qalan qadınlara dəstək məqsədi ilə fotosessiya etdirib.

E.Seyidcahanın bu addımı izləyicilər tərəfindən maraqla qarşılanıb.

Hətta sənətçilər arasında onu alqışlayanlar da olub. Belə ki, müğənni Roza Zərgərli ifaçını dəstəklədiyini bildirib:

“Elza, təşəkkürlər. Sən o qadınlardan biri olub onlara dəstək oldun. Həmçinin bir az informasiya olsaydı, çox gözəl olardı. Bəzən qadınlar döyülürlər, ancaq susurlar, çünki gedəcək bir yerləri yoxdur, xəbərdar deyillər. Sonra da döyülən qadın evdən qaçanda, pis yola düşəndə, kiminsə yanında sığınacaq tapanda deyirlər, pisdir. Qadınlara yiyə durub, qorumaq lazımdır. Hər birimizi dünyaya gətirən, xəstələnəndə baxan, əziyyətimizi çəkən qadındır… Anadır! Qadınları və bütün anaları qorumaq lazımdır”.


axsam.az

Buna da baxın

“Arzu edirəm, Aygün həcixanım olsun”

Whatsapp ilə Paylaş“Arzu edirəm, Aygün həcixanım olsun” Əməkdar artist Elza Seyidcahan bir neçə ildir küsülü …