Əsas səhifə / Əsas menu / Şou-biznes / Emin Ağalarov Leyla Əliyeva ilə boşanmasının əsl səbəbini açıqladı
Bizi mobildən daha sürətli  izləyin

Emin Ağalarov Leyla Əliyeva ilə boşanmasının əsl səbəbini açıqladı

150529124045_emin_leyla_624x351_getty

Emin Ağalarov Leyla Əliyeva ilə boşanmasının əsl səbəbini açıqladı

Müğənni və iş adamı Emin Ağalarov Leyla Əliyeva ilə boşanmasının əsl səbəbini Rusiya mətbuatına açıqlayıb.

Emin “Hello!” jurnalına müsahibəsində deyib ki, boşanma hər kəsin azadlığının olmaması ilə əlaqəli idi.

Emin Ağalarov deyib ki, onlar boşanma haqda xüsusi olaraq sosial şəbəkələrdən elan etdilər:“Çünki bu, həyatı asanlaşdırır. Bir-birinə şəxsi xoşbəxtlik üçün şans vermək lazımdır. Bu, bizim hər ikimiz üçün ancaq mütləq azadlıq şərti ilə mümkün ola bilərdi. Əgər iki adam arasında şəxsi münasibətlər formalaşmayıbsa, ailə həyatını imitasiya etmək axmaqlıqdır. Daha yaxşısı boşanmaq, dostluğu saxlamaq, uşaqları böyütməkdir”.

Emin Ağalarovun sözlərinə görə, boşanma hər iki tərəfin arzusu ilə baş tutub:“Bizlərdən heç kim digərinə bunu təklif etməyib, heç kim bir-birini incitməyib, bir-birinə pis nəsə etməyib. İndi bizim münasibətlərimiz hətta nikah dövründə olduğundan yaxşıdır, çox əla münasibətlərimiz var”.

Onun dediyinə görə, uşaqlar üçün heç nə dəyişməyib:“Bizim məqsədimiz uşaqları birgə tərbiyə etmək və onların naminə hər şeyi etməkdir. Biz uşaqlarımızla çox fəxr edirik, onlar artıq üç dildə danışırlar, üç və dördrəqəmli ədədləri yadlarında saxlaya bilirlər”.

“Mən hazırda bilmirəm ki, yenidən kiməsə vurula bilərəm, ya yox, ancaq istənilən qadını bəyənə bilərəm”- müğənni əlavə edib.

Buna da baxın

Arzu Əliyevanın ad günündən – Fotolar

Whatsapp ilə PaylaşArzu Əliyevanın ad günündən – Fotolar Dünən ölkə başçısı İlham Əliyevin qızı Arzu …