Əsas səhifə / Əsas menu / Xəbər / Emin ilin mükafatını aldı – Foto
Bizi mobildən daha sürətli  izləyin

Emin ilin mükafatını aldı – Foto

q1Emin ilin mükafatını aldı – Foto

Moskvada “Crocus City Hall”da Ru.TV-nin beşinci mükafatlandırma mərasimi baş tutub.

Məlumata görə, gecədə mükafata layiq görülənlər arasında müğənni-bəstəkar Emin də yer alıb. Onun rusiyalı ifaçı Svetlana Loboda ilə birlikdə səsləndirdiyi “Smotriş v nebo” (“Göyə baxırsan”) mahnısı “İlin dueti” nominasiyası üzrə birinci olub.

Eminin adı yazılmış köynək geyinən pərəstişkarları əllərində şarlar və kağızlarla ona sürpriz hazırlayıb, müğənnini təbrik ediblər.

Gecədə mükafat alanlar arasında Ani Lorak, Sergey Lazarev, “Serebro” və başqaları olub.

Qeyd edək ki, Emin müsabiqədə beş nominasiya üzrə yarışırdı: “Ən yaxşı duet” (Svetlana Loboda – “Smotriş v nebo”), “Ən yaxşı mahnı” (“Ya luçşe vsex jivu”), “Ən yaxşı müğənni”, “Ən yaxşı konsert proqramı”, “Sevənlər və sevməyənlər”.


Buna da baxın

12 saatda bağırsaqlardakı bütün qurdları tökən KÜR

Whatsapp ilə Paylaş Portağal qabığının səhiyyə baxımından faydaları çox az bilinir. Portağal qabığında olan C …