Bizi mobildən daha sürətli  izləyin

Eskimo tortu

346894

Eskimo tortu

Tərkibi:

xəmir:
-380 q un
-25 q kakao
-3 yumurta
-280 q şəkər tozu
-8 x.q. su
-5 q soda
-1 ç.q. vanil

krem:
-45 q un
-3 yumurta
-280 q şəkər tozu
-280 q yağ
-10 q vanil
-300 ml süd

qlazur:
-65 q şəkər tozu
-65 q yağ
-35 q kakao
-70 ml xama

Hazırlanması:

Yumurtanın ağı ilə sarısını ayırın. Yumurta sarılarını şəkər tozu ilə çalın. Ağlarını da ayrı qabda çalın. Yumurta sarılarına vanil qatıb çalınmış yumurta ağları, su və kakao ilə qarışdırın. Tədricən un əlavə edib qarışdırın. Sinini yağlayın, xəmiri içinə tökün. 190 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin.

Krem: şəkər tozu və yumurtaları çəngəllə çalın, sonra un və südü əlavə edib mikserlə çalın.
Vam odun üzərinə qoyub köpük yarananadək qızdırın. Sonra isə soyumağı üçün bir kənara qoyun.
Yağa vanil əlavə edərək çalın. Soyuq bişmiş kremlə birləşdirin.

Qlazur: xama, kakao, yağ və şəkər tozunu qarışdırıb şəkər tozu əriyənədək bişirin.

Korjun üzərinə kremi bərabər qaydada çəkib soyuducuda 2 saat saxlayın.Üzərinə qlazur çəkin.

Buna da baxın

Şokoladlı kinder tortu

Whatsapp ilə PaylaşTərkibi: 4 yumurta 175 qr un 225 qr şəkər pudrası 225 qr kərə …